Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Fərhad Əliyev: «Yoxsulluğu daha 5 faiz azaltmağı planlaşdırırıq»<p align=`left`><br><br>


Səs: Real audio
Nazir Azərbaycanın «Minilliyin Çağırış Proqramı»ndan yardım ala bilməməsini ayrı-seçkilik kimi qiymətləndirir «Azərbaycanda yoxsulluğun səviyyəsi qısa vaxt ərzində 49-dan 40 faizə enib. 2005-ci ildə bu səviyyəni 4,5 - 5 faiz azaltmağı nəzərdə tuturuq».



İqtisadi İnkişaf naziri Fərhad Əliyev bunu «Keçid iqtisadiyyatlı ölkələrdə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında rəqabət siyasətinin rolu» mövzusunda keçirilən konfransda bildirdi. Azərbaycan 2000-ci ildən BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün keçirdiyi tədbirlərdə iştirak edir. Bu məqsədlərə nail olmaq üçün təşkilatın bəyannaməsinə qoşulub.



Konfransda nazir Azərbaycanın ABŞ-ın «Minilliyin Çağırış Proqramı»ndan yardım ala bilməməsi haqqında jurnalistlərin sualına da cavab verdi. Son bir neçə ildə Cənubi Qafqazdakı qonşularından fərqli olaraq Azərbaycan bu proqramdan yardım ala bilməyib. Cənab Əliyev bu vəziyyəti ayrı-seçkilik kimi qiymətləndirir: «Deməzdim ki, digər qonşu ölkələr qarşıya qoyulan tədbirlərdən hansınısa bizdən daha yaxşı həyata keçirib, ona görə onlara bü vəsaitlər ayrılır. Burda bir çox hallarda ayrı-seçkiliyə yol verilir. Xüsusilə Azərbaycanın neft ölkəsi olduğu, öz ehtiyaclarını ödəyə biləcəyini deyirlər. Ancaq belə deyil».



İqtisadçı Qubad İbadoğlu isə Azərbaycanın proqrama qoşulmasına maneəni neft deyil, başqa amillərin yaratdığını bildirir: «Sahibkarlıq mühitində haqsız rəqabət yaranıb, korrupsiya, rüşvətxorluq halları var. Ölkənin iqtisadiyyatı azad deyil. Bunlar hamısı əsas yaradır ki, Azərbaycan proqramdan kənarlaşdırılsın».



Azərbaycan ABŞ-ın «Minilliyin Çağırış Proqramı»ndan yardım almaq üçün 66 namizəd ölkədən biridir. ABŞ rəsmiləri bildirirlər ki, şərtlərə cavab vermədiyindən Azərbaycan bu proqramdan vəsait ala bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG