Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23
Rubrikalar

Dollar bahalaşmaqda davam edir


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib - Suraxanı neft yataqları blokunun bərpası və işlənməsi ilə bağlı saziş bu gündən qüvvəyə minib.



Prezident İlham Əliyevin öz sərəncamıyla təsdiqlədiyi bu saziş Azərbaycan Dövlət Neft Şirkəti [ARDNŞ] və Birləşmiş Ərəb Əmirliklərinin «Rafi oil» şirkəti arasında bağlanıb. Müqavilənin müddəti 25 ildir. Azərbaycan tərəfi sazişdə 25 faiz, ərəb şirkəti isə 75 faiz paya sahibdir. «Rafi oil» müqavilə qüvvəyə minən kimi Azərbaycana 1 milyon dollar bonus ödəməli və müqavilə sahəsi üzrə işlər proqramını təsdiqlənmək üçün ARDNŞ-ə təqdim etməlidir.



- İranın iri maliyyə və sənaye şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. 9 nəfərlik heyətin Azərbaycana səfərində məqsəd ölkənin iqtisadi və sənaye layihələrində İran tərəfinin iştirakını müzakirə etmək və yerli şirkətlərlə əməkdaşlığı daha da genişləndirməkdir.



- Dolların manata nisbətən məzənnəsi artmaqda davam edir. Sentyabrın 27-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 590, 1 avro 5 521, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG