Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:00

Molla deputat ola bilərmi?


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib Sentyabrın 23-də Ali Məhkəmə "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdülün şikayətinə baxaraq Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan qabaq Mərkəzi Seçki Komissiyası [MSK] dörd nəfərin din xadimi olduğunu bildirərək onların, o cümlədən Hacı Əbdülün deputatlığa namizədliyini ləğv etmişdi.



Hacı Əbdül “Azadlıq” radiosuna müsahibəsində din xadimi olmadığını deyib:



"Mən onlara Qafqaz Müsəlmanları İdarəsindən arayış aparıb vermişəm ki, mənim nə dini savadım var, nə də din xadimiyəm".



MSK isə Hacının məscidə başçılıq etdiyini bildirərək onun namizədliyini ləğv edib.



Azərbaycan Konstitusiyasına görə, ruhanilər Milli Məclisə seçilə bilməzlər.



Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi [DEVAMM] dini xadim adı ilə namizədliklərin ləğvini vətəndaşın dini etiqadına görə ayrı-seçkiliklə üzləşməsi kimi qiymətləndirib.



Verilişimizin sualı:



Hər hansı bir din xadimi, məsələn, bir molla deputat ola bilərmi? Yaxud dini ləqəbi olanlar, məsələn, hər hansı bir Hacı din xadimi sayılırmı?



Verilişimizin iştirakçıları:



- MSK-nın katibi Natiq Məmmədov;



- DEVAMM-ın sədri İlqar İbrahimoğlu.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG