Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26
Rubrikalar

«Seçki Qatarı»: Nehrəm kəndinin seçki sistemi


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib Bu "Seçki Qatarı"nda:



- Noyabrın 6-da tarixin yaddaşına köçəcək parlamentin 5 illik fəaliyyətinə nəzər salacaq;



- Vətəndaşın bu parlamentin nəyindən ötrü darıxacağını biləcək;



- Və Azərbaycanın Azərbaycandan ayrı bölgəsindən – Naxçıvandan xəbər tutacaqsız.



İKİNCİ [ÜÇÜNCÜ] PARLAMENT



İndiki parlamentin ilk iclası 2000-ci il noyabrın 24-də keçirilib. Həmin il qurulan Milli Məclis 1991-ci ildən sıraca ikinci parlamentdir. Bəzi ekspertlərin fikrincə, bu sayca üçüncü çağırış parlamentidir, ilk parlamentin tarixi isə 1995-ci ildən yox, 1991-ci ildən hesablanmalıdır. Onda Ali Sovetin 25-i müxalifətdən, 25-i isə kommunistlərdən olan deputatlarından Milli Şura təsis edilmişdi.



2000-ci il noyabrın 5-də keçirilən seçkilərdən sonra Milli Məclisdəki 124 deputat kreslosundan 113-ü sahibini tapdı. 125-ci kreslo Xankəndi dairəsində seçki keçirilmədiyindən boş qaldı.



Seçkinin saxta keçirildiyini bildirən Müsavat, Milli İstiqlal və Demokrat partiyaları yeni parlamenti tanımadığını bildirdi. Boykot çağırışlarına baxmayaraq, Xalq Cəbhəsinin "islahatçılar" qanadı və Vətəndaş Həmrəyliyi partiyası deputat mandatlarından imtina etmədilər.



Müsavat partiyasından seçilən Vaqif Səmədoğlu və Şirzad Əyyub partiya sıralarından istefa verərək parlamentin bitərəf deputatlarına qoşuldu. Beləcə, bitərəf deputatların sayı 30-a çatdı. Elə o vaxt seçilən Cəmil Həsənli indiki parlamentdə təmsil olunan bitərəflərin əslində, heç də tərəfsiz olmadıqlarını deyir.



11 birmandatlı dairədə seçkilər qanun pozuntularıyla keçirildiyindən etibarsız sayıldı. Və 2001-ci il yanvarın 7-ə təkrar seçkilər təyin edildi.



Effektiv Təşəbbüslər Mərkəzinin analitiki Vüqar Əliyev deyir ki, həmin vaxt Azərbaycanın qarşısına Avropa Şurası ilə bağlı tələblər qoyulduğu üçün təkrar seçkilər xüsusi əhəmiyyət kəsb edirdi.



Beləcə, 124 nəfərlik parlament formalaşdı. Bu parlamentdə Yeni Azərbaycan partiyasından 74, Xalq Cəbhəsindən 4, Vətəndaş Həmrəyliyindən 3, Kommunist partiyasından isə 2 nəfər yer aldı.



Təkrar seçkilərdən bir neçə gün sonra Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu.



İndiki parlamentin 11 deputatı müxtəlif səbəblərdən mandatlarını axıra kimi daşıya bilmədilər. Kimisi dünyasını dəyişdi, kimisi vəzifəsini.



Parlamentin iclaslarında tərif deyənlər də vardı, tənqid edənlər də, ağzına su alıb oturanlar da. Hətta zaman-zaman təhqirlər və söz savaşları da oldu.



2000-ci ildə, mandatını alanda maaşı təxminən 300 Amerika dolları olan millət vəkilləri qanun qəbul etməklə bu rəqəmi 1100 dollara qaldırıblar.



Bu günə qədər 300-ə yaxın iclas keçirən parlament 1000-ə yaxın qanun və qərar qəbul edib, üç dəfə hökumətdən hesabat alıb. Hazırkı deputatlardan hansının növbəti parlamentdə qalacağını, hansılarının isə əvəzlənəcəyini noyabrın 6-da seçicilər müəyyənləşdirəcək.



NEHRƏM SAKİNLƏRİ DEPUTATLARI AÇIQ SƏSVERMƏ YOLUYLA SEÇMƏK FİKRİNDƏDİRLƏR



Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvana yalnız təyyarə ilə gəlmək olar. 1989-cu ilədək qatarla da Naxçıvana ziyarət etmək olardı. Lakin həmin ildən Ermənistan tərəfdən Bakı ilə Naxçıvanı birləşdirən dəmiryolu işğal olunduğundan, naxçıvanlılar blokada şəraitində yaşayırlar.



Naxçıvanın başqa bölgələrdən fərqliliyi elə hava limanındaca hiss olunur. Burada hər bir sərnişinə bir sürücü düşür. Sürücülərin dediyinə görə, onların əksəriyyəti diplomludurlar, çörək pulu qazanmaq üçün
XS
SM
MD
LG