Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:33
Rubrikalar

Antiinhisar Məcəlləsi artıq hazırdır


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib - Vahid Antiinhisar Məcəlləsinin layihəsi artıq hazırdır və onun yaxın vaxtlarda parlamentdə müzakirə ediləcəyi gözlənilir.



Bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev məlumat verib. Onun sözlərinə görə, məcəllənin hazırlanmasında məqsəd iqtisadiyyatda monopoliya sistemindən sağlam rəqabətə keçməkdir.



- Almaniyanın Vürttümberq vilayətindən olan iş adamları Azərbaycanda özlərinə tərəfdaş axtarırlar. Onlar bu istəklərini Bakıda Vürttemberq vilayəti və Azərbaycan arasında təşkil olunan iqtisadi forumda səsləndiriblər. 14 şirkəti təmsil edən alman sahibkarlar alüminium üzlüklər, kimya maşınqayırması, tikinti materialları, tibbi avadanlıq və başqa sahələrdə fəaliyyət göstərirlər.



Onlar keçən il Vürttemberqdən Azərbaycana 36 milyon avroluq mal ixrac edildiyini və bu əməkdaşlığı daha da genişləndirmək istədiklərini bildiriblər. Almaniyalı iş adamları sentyabrın 27-də Bakıdakı bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.



- Sentyabrın 26-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 587, 1 avro 5 518, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG