Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:14
Rubrikalar

Bakı küçələrində 3000 idmançı qaçdı


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib - Serbiya və Çernoqoriyada 18 yaşına qədər şahmatçıların Avropa çempionatı yekunlaşıb. 10 yaşadək şahmatçılar arasında Azərbaycan şahmatçısı Ülvi Bacarani və Səbinə İbrahimova gümüş medal qazanıblar.



- Sentyabrın 26-da Bakıda MDB idmançılarının beynəlxalq oyunları sona çatıb. Yarışlarda 1145 idmançı iştirak edib. Gənclər, İdman və Turizm Nazirliyinin əməkdaşı Raqif Abbasov Bakıda ilk dəfə keçirilən turnirin uğurlu olduğunu bildirir.



Turnir 3000 idmançının Bakı küçələrində qaçışı ilə başa çatıb.



- 7 Azərbaycan güləşçisi Rusiyada keçirilən beynəlxalq turnirdə 4 gümüş [Orxan Əhmədov, Murad Hüseynov və Fərhad Aydınlı], 3 bürünc [Əhməd İsmayılov, Elmir Əbdülrəhmanov və Fərid Allahverdiyev] medal qazanıb. Komanda hesabında Azərbaycan yığması ikinci yeri tutub.



Tbisidə bilyard üzrə «Qafqaz kuboku» yarışı keçirilib. Turnirdə dünyanın 32 idmançısı mübarizə aparıb. Azərbaycanı 4 nəfər təmsil edib. Onlardan Seymur Məmmədov Qafqaz Kubokunu qazanıb.
XS
SM
MD
LG