Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:17

Fransa səfiri Gəncədə investisiya imkanlarını araşdırıb


Səs: Real audio
Avropa Şurası Monitorinq Qrupunun hesabatında belə deyilir «Biz şəhər rəhbərliyilə Gəncənin avtomobil sənayesi barədə söhbət etdik. Ancaq bilirəm ki, bu məsələ uzunmüddətli danışıqlar tələb edir».



Bu sözləri Fransanın Azərbaycandakı səfiri Rolan Blatman Gəncəyə səfəri zamanı jurnalistlərlə söhbətində bildirdi. O, fransız sahibkarların sərmayə qoyması üçün yerli imkanları araşdırdığını deyir: «İcra başçısıyla görüşümüzdə bu məsələni də müzakirə etdik. Xüsusilə turizm, xidmət və qida sənayesindəki imkanları araşdırdıq».



Səfir Gəncə Dövlət Universitetinin franız dili fakultəsinin tələbələriylə keçirdiyi görüşdən də məmnun qaldığını söylədi. O, fransız dilinin təkmilləşdirilməsi ilə bağlı səfirliyin layihələrinin olduğunu söylədi: «Layihəyə universitetin fransız dilli ədəbiyyatla təmin oluması, Azərbaycan ali məktəblərinin müəllim və tələbələrinin Fransada kurs keçməsi kimi tədbirlər daxildir».
XS
SM
MD
LG