Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:08

Təbii qazın nəqli bərpa edildi


Səs: Real audio
Mats Lindberq: «İstənilən halda zorakılıq yolverilməzdir» Mozdok - Qazıməmməd qaz boru kəməri bərpa olunub. «Kaspi-Qazprom» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Ulubiy Erbalatovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, təmir və yoxlama işləri artıq başa çatıb. Sentyabrın 26-da saat 15 radələrində Dağıstanın cənub rayonları və Azərbaycana verilən təbii qazın nəqli bərpa edilib.



Sentyabrın 24-də kəmərin Dağıstanın Xasavyurd rayonu ərazisindən keçən hissəsində partlayış baş vermişdi. Nəticədə Dağıstanın cənub rayonları və Azərbaycana verilən təbii qazın nəqli dayandırılmışdı. Buna baxmayaraq Azərbaycanın şimal rayonlarında qaz böhranı yaranmayıb. Xaçmaz Qaz İstismarı və Satışı İdarəsinin rəisi Kamran Zülfüqarovun dediyinə görə, anbarlara vurulan ehtiyat qazın hesabına rayonlar mavi yanacaqla təmin edilib.



Bu, son bir neçə ildə Mozdok - Qazıməmməd qaz kəmərində baş verən yeddinci partlayışdır.
XS
SM
MD
LG