Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:13

Avropa Şurası rəsmisi: «Kompromis vacibdir»<p align=`left`><br><br>


Səs: Real audio
Mats Lindberq: «İstənilən halda zorakılıq yolverilməzdir» «Sərbəst toplaşmaq təməl azadlıqlardan biridir. Hesab edirəm ki, kütləvi aksiyaların keçirilməsinə ciddi maneələr yaradılmamalıdır».



Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq jurnalistlərlə söhbətində belə dedi. O, sentyabrın 25-də Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının yaratdığı «Azadlıq» seçki blokunun keçirdiyi icazəsiz aksiya zamanı polisin mitinqi dağıtmasına münasibətini belə ifadə etdi: «İstənilən halda zorakılıq yolverilməzdir. Tərəflərdən heç biri buna getməməlidir. Ən doğru yol budur ki, aksiya əvvəlcədən razılaşdırılsın, onun yeri və vaxtı müzakirə edilsin».



Cənab Lindberq hakimiyyətlə müxalifət arasında başlanmış danışıqları müsbət qiymətləndirdiyini və bu məsələdə kompromisə nail olmağın vacibliyini də bildirdi.
XS
SM
MD
LG