Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:01
Rubrikalar

«Ovsunçu» filmi Kazanı ovsunladı


Səs: Real audio
Hakimiyyət müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı təklif etdiyi marşrutlar üzrə danışıqlar aparmağa razılıq verib Bu «İz»də:



- «Ovsunçu» filminin Kazandakı uğurunun izinə düşəcək;



- Dövlət Uşaq Teatrı direktoruna qarşı hədə-qorxulardan xəbər tutacaq;



- «Qran pri» sözünün mənasını yada salacaq;



- «Mentalitet dolması»na qonaq olacaq;



- Və tanınmış kinosənətçi Oqtay Mirqasımovun açıqlamalarını eşidəcəksiz.



KUKLA TEATRININ RƏHBƏRİ ÖLÜMLƏ HƏDƏLƏNDİYİNİ BİLDİRİR



Uşaqların bəxti gətirib. Milli Parka gəzməyə gələndə birdən-birə iki teatrla qarşılaşırlar. Birini hamınız tanıyırsız – Abdulla Şaiq adına Kukla Teatrı. O biris isə "Körpəm" Dövlət Uşaq Teatrıdır.



Teatrın direktoru İntiqam Sultan iddia edir ki, bu teatrın binasını ələ keçirmək istəyənlər var:



"Xırda bizneslə məşğul olmaq həvəsində olanlar, xırda pulların eşqi ilə alışıb yanan təsmi və qeyri-rəsmi adamlar bizə mane olmağa çalışırlar. Birbaşa adlar çəkmək mənim tərəfimdən səviyyəsizlik, savadsızlıq olardı. Çünki mən birbaşa ad çəksəm, sabah teatrı yerlə-yeksan etmək həvəsinə düşəcəklər. Ona görə də mən birbaşa ad çəkmək istəmirəm. Amma teatra təzyiqlər günbəgün artır... Deyirlər ki, biz səni birbaşa öldürə bilərik... Son xəbərdarlıqları o olub ki, bura teatr yeri deyil və siz, ümumiyyətlə burada yerləşməli deyilsiniz".



Əslində isə teatr Milli Parkın balansında deyil. 4 il əvvəl Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə teatr binasından daha məqsədyönlü istifadə üçün Bakı şəhər Mədəniyyət İdarəsinin balansına verilib. Teatr isə Milli Parka icarə haqqı ödəməkdə davam edir.



Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi Həsənağa Qurbanovsa bildirir ki, nazirlik lap yaxın zamanlarda mübahisəli durumu çözəcək:



"Bu məsələ bizim gündəlikdədir. Biz hal-hazırda məktub hazırlayırıq. İntiqam Sultanla biz dünən görüşmüşük. Yaranmış fövqəl çətinlikləri aradan qaldırmaq bir yana, teatrın ətrafında əsaslı rekonstruksiya işləri lazımdır".



FESTİVALLAR VƏ SİVİLIZASİYALARARASI DİALOQ



Bu dəfə "festivallar və mədəniyyət" mövzusunun izinə düşmüşük. Mövzu bələdçimiz ünlü kinosənətçi Oqtay Mirqasımovdur.



5-11 sentyabrda Kazanda "Qızıl Minbər" Birinci Beynəlxalq İslam Kino Festivalında Oqtay Mirqasımovun “Ovsunçu” filmi festivalın ən yüksək mükafatına – "Qran-pri"sinə layiq görülüb.



- Oqtay müəllim, çox kino şənliklərinə qatılmısınız. Bəs birinci müsəlman kino festivalının hansı özəlliyi vardı?



- Çox maraqlı idi, oraya gedərkən həyəcan keçirirdim... Müsəlman dünyasından kinematoqrafçılar öz azad sözlərini deyib ora gəldilər. Və öz azad filmlərini gətirdilər. Hətta Amerika Birləşmiş Ştatları, Britaniya, Litva, Kanada kimi qeyri-müsəlman ölkələri var idi. İnsanları hansısa tarix, hansısa mədəniyyət, hansısa doğmalıq birləşdirir. Biz hamımız qohum-əqrabayıq, Həvva və Adəmın övladlarıyıq. Ümumiyyətlə, müqəddəs kitablar, o cümlədən bizim kitab birliyə çağırır. Müsəlman dövlətlərinin festiavalı da həmin məqsədə qulluq etdi. Və fikrimcə, o, böyük rezonans doğuracaq, bəlkə də, artıq doğurub. Sadəcə olaraq, bəşəriyyət, o cümlədən bəşəriyyətin qərb hissəsi – Qərb ölkələri bir az açıqlığa çıxmalı, informasiya almalıdırlar ki, əslində müsəlman mədəniyyəti nə deməkdir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG