Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:56
Rubrikalar

Ötən həftədən seçki eksperti Eldar İsmayılov danışır


Səs: Real audio
Hakimiyyət müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı təklif etdiyi marşrutlar üzrə danışıqlar aparmağa razılıq verib Ötən həftə bir neçə hadisə baş verib ki, həqiqətən diqqəti cəlb edir.



Birincisi sözsüz ki, manat probleminin meydana çıxması ilə bağlıdır. Həqiqətən də bu, gözlənilməz oldu. Və manatın bu cür kəskin formada dollara nisbətdə ucuzlaşması fikirləşməyə vadar edir: bu, həqiqətən də indiki siyasi proseslərlə bağlıdır, yoxsa Azərbaycanın iqtisadi vəziyyətindən xəbər verir? Mənə elə gəlir ki, bu, ciddi düşünülməli bir faktdır və bunu araşdırmağa vaxt lazımdır. Amma qəti şəkildə bu barədə öz fikrimi bildirə bilmərəm.



Digər bir məsələ əlbəttə ki, seçkilərlə bağlıdır. Biz istərdik ki, seçkilər çox ədalətli, azad keçirilsin. Amma bir sıra problemlərin meydana gəlməsi bizi düşündürür. Mən demirəm ki, çox pozuntular var. Amma hər halda biznes strukturlarının nümayəndələrinin fəal şəkildə bu seçkilərə qatılması nəticəsində çox təhlükəli vəziyyət yaranıb. Deməzdim hamısı, amma onların çoxu seçkilərdə pozuntulara yol verir. Təəssüflər olsun ki, buna qarşı lazımi ölçü götürülmür. Bu həm iqtidar, həm də müxalifət üçün təhlükəlidir. Çünki siyasətdən çox uzaq adamların siyasətə qatılması mənim zənnimcə, çox böyük bir təhlükədir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG