Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

Rusiyadan təbii qazın nəqli dayandırıldı


Səs: Real audio
Buna səbəb Mozdok-Qazıməmməd kəmərində partlayışdır Sentyabrın 24-də gecə radələrində Mozdok - Qazıməmməd qaz kəmərində partlayış baş verib. Hadisə Dağıstanın Xasavyurd rayonunun Pokrovski kəndindən axan Aktaş çayının sualtı hissəsində baş verib. Nəticədə kəmərin yeddi-səkkiz mert uzunluğunda hissəsi tamamilə yararsız hala düşüb.



«Kaspi-Qazprom» Səhmdar Cəmiyyətindən «Azadlıq» radiosuna verilən məlumata görə, Dağıstanın cənub rayonlarına və Azərbaycana verilən təbii qazın nəqli dayandırılıb. Partlayışın baş verdiyi əraziyə texnika və mütəxəssislər cəlb olunub.



Dağıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə isə hadisə yerində ölən və yaralanan yoxdur. Partlayışın səbəblərini araşdırmaq üçün təhqiqat aparılır. Partlayışın terror hadisəsi olması da istisna deyil.



Xaçmaz Qaz İstismarı və Satışı İdarəsinin rəisi Kamran Zülfüqarov hadisənin Azərbaycana heç bir təsirinin olmayacağını deyir. Onun sözlərinə görə, rayonları təbii qazla təmin etmək üçün anbarlarda kifayət qədər ehtiyat var.

Günün bütün mövzuları

XS
SM
MD
LG