Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07

<i>«Yeni Azərbaycan»</i>: «2015-ci ildə Azərbaycan Ermənistan üzərində hərbi qələbə çala bilər»


Səs: Real audio
"Dialoq üçün ən uyğun zaman seçki sonrası dövrdur" «Bakı-Xəbər» qəzetindəki «Ramil Usubov Məhərrəm Əliyevin ittihamları qarşısında niyə acizdir?» başlıqlı məqalədə Razi Tağı yazır ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev öz güclü müdafiəsinə arxalanaraq nazirin üstünə yeriyir. Cənab Usubov isə bundan narahat olsa da, hələlik özünü nikbin aparır. Müəllif yazır ki, buna səbəb nazirin həm də ciddi himayəsinin olmamasıyla bağlıdır. Məqalədə bildirilir ki, beynəlxalq aləmin Azərbaycana təsiri və müxalifətin inqilabi çağırışları da nazirin vəziyyətini gərginləşdirən amillərdəndir.



«Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan Ermənistanı 2015-ci ildə təsir dairəsinə salacaq» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Amerika Erməni Assambleyasının keçirdiyi sorğuda respondentlərin 33 faizi hesab edib ki, 2015-ci ildə Azərbaycan Ermənistan üzərində hərbi qələbə çala bilər. Bunun əksini düşünənlər dörd faiz təşkil edir. ABŞ, İran və Rusiyanın münasibətlərinin o qədər də ürəkaçan olmaması Dağlıq Qarabağ (DQ) münaqişəsinin həllinə təsirsiz ötüşməyəcək. Mütəxəssislər hesab edirlər ki, Türkiyənin Avropa Birliyinə üzvlüyündən sonra Azərbycanın mövqeyi daha da güclənəcək. Müəllif yazır ki, ermənilər DQ-nin statusunun yaxın 10-15 ildə müəyyənləşə biləcəyini ehtimal edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG