Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

Dolların “qara şənbəsi”: Səbəb nədir? Yoxsa kimlərdir?


Səs: Real audio
"Dialoq üçün ən uyğun zaman seçki sonrası dövrdur" Ötən şənbə Bakıda Amerika dolları 2 saatın içində 4500 manatdan 4000 manata düşdü. Möhtəkirlər bəzi yerlərdə dolları, “Exo” qəzetinin yazdığına görə, hətta 2700 manata satmışdılar.



İri dükan sahibləri belə özlərini o qədər itiriblər ki, anbarlarından malı piştaxtaya çıxarmaq istəmirdilər, halbuki, bu vəziyyətdə güclənən manata nə qədər çox mal satsaydılar, onlara bir o qədər sərfəli idi.



Bütün bunlar “qara şənbənin” sıravi vətəndaşa görünən tərəfidir. Bəs vəziyyətə məsul olanlar, peşəkarlar nə deyir? Bütün bunlar niyə baş verib?



Söhbətimizin qonaqları:



- Milli Bankın baş icra direktoru Şahmar Mövsümov;



- İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Azər Mehtiyev.



- Şahmar bəy, ötən şənbə günü baş verənlərin əsas izahları odur ki, manat qıtlığı var. Azərbaycana dollarlar gəlməkdə davam edir, buna uyğun manat çapı isə inflyasiya təhlükəsinə görə azalıb.



Bu versiyaya əsas adının çəkilməsini istəməyən kommersiya banklarının manat qıtlığından şikayətlənmələridir.



O biri izah odur ki, bunu kimlərsə təşkil edib, ya güc göstərirlər, ya da təxribat edirlər. Bu versiyanı Milli Məclisin təhlükəsizlik komissiyasının üzvü və spiker səsləndirir. Yəni, mötəbər mənbələrdir. Bəs Sizin izahınız nədir?



Şahmar Mövsümov: - Müyyən bir əlverişli şərait yaranmışdı və belə şəraitdə dollara qarşı hücum cəhdi göstərildi. Bu münbir şərait dedikdə biz nəyi nəzərdə tuturuq? Yəni, qısa bir müddətdə nağd manata böyük bir tələbat yaranmışdı. Bu tələbatın da yaranmasının əsas səbəbləri iqtisadi inkişafla, artımla bağlıdır...



Və ötən şənbə təəssüflər olsun ki, banklar bağlıydı və bu əlavə tələbi valyutadəyişmə məntəqələri digər mənbələrdən ödəyə bilmirdi. Belə bir şəraitdə bir qrup möhtəkirlər tərəfindən müəyyən manat məbləğlərinin saxlanması cəhdi göstərildi və beləliklə də yaranmış qıtlıq bir balaca da artdı. Nəticədə də panika yarandı, dolları dəyişmək fikrində olmayan vətəndaşlar həmin günü o panikaya, şayiələrə uyaraq öz dıollarlarını bazara çıxartdılar.



O ki qaldı manatın çatışmamazlığı məsələsinə, bəs nə oldu, bir gün ərzində bu manatlar bazarda peyda oldu?



- Azər bəy, bəs Siz nəylə izah edirsiniz “qara şənbəni”?



Azər Mehtiyev: - Mən də burda deyilən fikirləri qəbul edirəm. Lakin eyni zamanda başqa amili xüsusi qeyd etmək istədim.



Son zamanlar dolların kursunun aşağı düşməsi səbəbindən yarmarkalarda fəaliyyət göstərən sahibkarlar öz vəsaitlərini manatla saxlamaqla yalnız zəruri anda dollara çevirirlər. Bu və bununla bərabər son zamanlar sahibkarlara kreditlərin nağd şəklində verilməsi əhali, sahibkarlar tərəfindən manatın nağd vəsait formasında saxlanmasına gətirib çıxarmışdı. Yəni, bununla manata tələbat artırdı, manatın dövriyyə sürəti aşağı düşürdü. Təbii ki, bu şəraitdə dövriyyəyə əlavə manat buraxılmasına ehtiyac yaranırdı. Milli Bank isə inflyasiyaya yol verməmək üçün müəyyən qədər dövriyyədən manatın sıxışdırılması, kommersiya banklarında manat çatışmamazlığı problemini yaratmışdı.



Və mənə elə gəlir ki, şənbə günü baş verən hadisədə valyutadəyişmə məntəqələrini günahlandırmaq o qədər də düz deyil. Çünki, Azərbaycanda kifayət qədər çoxlu sayda valyutadəyişmə məntəqələri var və onların hamısının bir gündə razılığa gələrək bu addıma getməsi qeyri-mümkündür. Deməli, bu, hansısa bir mərkəzdən idarə olunur. Azərbaycanda bankların sayının çox olmasına baxmayaraq, onlar kiçik bir qrupun əlindədir. Elə insanlar var ki, onlar 7-8 bankı idarə
XS
SM
MD
LG