Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:43
Rubrikalar

Xarici iş adamları əməkdaşlıq sazişi imzaladılar


Səs: Real audio
Rüşaniyyə Hüseynova gələcək deputatları cinayətin üstünün açılmasına səy göstərməyə çağırır - Sentyabrın 23-də Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Alman-Azərbaycan İqtisadi Yardım İttifaqı (DAWF) arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədi həmin təşkilatların rəhbərləri – Əhməd Erentok və Rolf Lanqe [Rolf Lange] imzalayıblar.



Protokola əsasən, tərəflər Azərbaycan, Türkiyə və Almaniya şirkətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi və onların Azərbaycanın biznes mühiti barədə məlumatlandırılması üzrə tədbirlər həyata keçirəcəklər.



Bundan əlavə, regionların inkişafı məqsədi ilə bir il ərzində alman və türk iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunacaq.



- Qara Dəniz Hövzəsi Gəmi Sahibkarları Beynəlxalq Assosiasiyasının [BINSA] Bakıda keçirilən növbədənkənar ikingünlük şura yığıncağında protokol imzalanıb.



Sənəddə BINSA-nın 2006-cı il üçün iş planı, maliyyə vəziyyəti əks olunub.



Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən "MPA" agentliyinə verilən məlumata görə, görüş iştirakçıları assosiasiyanın adından Rusiyanın daxili sularında gəmilərin hərəkəti məsələsinin həlli üçün Rusiya Nəqliyyat Nazirliyinə müraciət ediblər.



Yığıncaqda Azərbaycan, Bolqarıstan, Türkiyə və Ukraynanın gəmi sahibləri iştirak ediblər.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 585, 1 avro 5 574, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG