Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:23

Elmar Hüseynovun qətli ilə bağlı namizədlərə müraciət olundu


Səs: Real audio
Rüşaniyyə Hüseynova gələcək deputatları cinayətin üstünün açılmasına səy göstərməyə çağırır «Sizi xalqdan alacağınız mandatın səlahiyyətlərindən Elmarın qətlinin açılması üçün istifadə etmək, həmçinin, bu hadisəylə bağlı Milli Məclisdə komissiya yaratmağa dair seçicilər qarşısında vəd verməyə çağırıram».



Bu fikirlər bu il martın 3-də qətlə yetirilən «Monitor»un baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynovanın parlament seçkilərinə qatılan namizədələrə ünvanladığı müraciətdə yer alıb.



Müraciətdə həmçinin deyilir: «Baxmayaraq ki, Elmarın ölümündən 7 aya qədər vaxt keçir, konkret nəticə yoxdur ki, hadisəni kim və nə səbəbdən törədib. Parlamentdə də indiyə qədər bu işin müstəqil araşdırılmasına cəhdlər olmayıb. Açığı mən bunu heç gözləmirdim də, çünki onların da vəziyyəti başa düşüləndir. Amma yeni seçiləcək parlament bu istiqamətdə iş görə bilər. Mən buna görə onlara müraciət etmişəm. Ümid edirəm ki, onlar bu məsələ ilə bağlı öz mandatlarının onlara verdiyi hüquqdan istifadə edəcəklər. Və Elmarın qətli ilə bağlı araşdırma aparmaq üçün komissiya yaratmaq haqda məsələ qaldıracaqlar».



Elmar Hüseynovun qətli ilə bağlı araşdırmanı Milli Təhlükəsizlik Nazirliyi aparır. İndiyə qədər bir neçə dəfə istintaqın gedişiylə bağlı mətbuat üçün açıqlamalar verilib. MTN iki nəfər haqqında axtarış elan edib.



Təhlükəsizlik naziri Eldar Mahmudovsa bir müddət əvvəl bildirib ki, daha bir neçə nəfər şübhəli şəxs qismində qeydə alınıb və araşdırmalar aparılır.
XS
SM
MD
LG