Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:03

Polis «Yeni Fikir»in aksiyasını dağıtdı


Səs: Real audio
Təşkilatın fəalları Səid Nuriyevin müalicəsinin polis nəzarəti altında keçirilməsinə etiraz edirlər Sentyabrın 23-də «Yeni Fikir»in bir qrup üzvü təşkilatın fəallarından biri – Səid Nuriyevin müalicəsinin polis nəzarəti altında keçirilməsinə etiraz olaraq 1 saylı xəstəxananın qarşısında dinc etiraz aksiyası keçirmək istədi.



Gənclər əllərində «Talessemiyalı xəstə – Səid Nuriyevi rahat buraxın», «Bizə təzyiqlərə son qoyulsun» şüarları tutmuşdular. Onlar Səid Nuriyevlə görüşmək istəyirdilər. Ancaq polis buna imkan vermədi və piketi dağıtdı.



Polis «Yeni Fikir» təşkilatının fəallarından biri – Namiq Feyziyevi saxlayıb bir neçə dəqiqədən sonra buraxdı. Namiq Feyziyev tək özünə yox, təşkilatın digər üzvlərinə də təzyiqlər olduğunu deyir.



Aksiyada iştirak edən «Yox» təşkilatının koordinatoru Razi Nurullayev də təzyiqə məruz qaldı.



Polis baş verən hadisəyə münasibət bildirmək istəmədi.



«Yeni Fikir» təşkilatının fəallarından olan Səid Nuriyev sentyabrın 12-də şübhəli şəxs qismində saxlanıb. Sentyabrın 13-də xəstəxanaya düşüb. Bundan sonra prokurorluq onun haqqında istintaq hərəkətlərini müvəqqəti dayandırıb. Hazırda o, polis nəzarəti altında 1 saylı xəstənxanada müalicə olunur.



Təşkilatın sədri Ruslan Bəşirli və başqa bir üzvü – Ramin Tağıyev hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur. Onlar haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG