Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:55
Rubrikalar

Faiq Qarayev: «İtaliya ilə qarşılaşma çətin olacaq»


Səs: Real audio
Səfər zamanı 10-a yaxın sənədin imzalanacağı gözlənilir - Sentyabrın 24-də Xorvatiyada qadınlar arasında voleybol üzrə Avropa çempionatının yarımfinal qarşılaşmaları keçiriləcək. Azərbaycan yığma komandası İtaliya milliləri ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Baş məşqçi Faiq Qarayev komandanın bu oyuna ciddi hazırlaşdığını deyir:



«Yarımfinala çıxmağımıza çox sevinirik. İtaliya ilə qarşılaşma çətin olacaq, ancaq ciddi hazırlaşırıq. Azarkeşlərimizin də dəstəyini həmişə hiss edirik. Hamıya təşəkkür edirik».



- Sentyabrın 24-də Gəncədəki Olimpiya İdman Kompleksində pauerliftinq üzrə Azərbaycan çempionatı start götürəcək. İdmançılar 12 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Ölkə çempionu adını qazananlar dünya və Avropa çempionatlarında iştirak etmək hüququ qazanacaqlar.



- Azərbaycan şahmatçısı Namiq Quliyev beynəlxalq şahmat festivalının açıq turnirində qalib gəlib. O, 7 mümkün xaldan 6-sını toplaya bilib.



- Sentyabrın 24-də Bakıda MDB və Baltikyanı ölkə idmançılarının beynəlxalq oyunları keçiriləcək. 10 ölkədən 100-dən artıq idmançı mübarizəyə qoşulacaq.
XS
SM
MD
LG