Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:44

Gürcüstana pulsuz dərsliklər göndəriləcək


Səs: Real audio
«Hicabsızlara olmadığı kimi, başını bağlayanlara da heç bir qadağa qoyulmamalıdır» Gürcüstanda təhsil alan azərbaycanlı şagirdlər üçün pulsuz dərsliklər sentyabrın 24-də göndəriləcək. Təhsil naziri Misir Mərdanov belə deyir.



"Ayın 24-də müəyyən olunmuş sayda dərslikləri Gürcüstana yola salacağıq".



Misir Mərdanov Zaqatala, Balakən bölgələrində təhsil alan gürcü şagirdlər üçün Gürcüstandan göndərilən orta məktəb dərsliklərində həmin bölgələrin Gürcüstan ərazisi kimi göstərilməsinə də etirazını bildirdi.



"Heç kəs, hətta bizə qonşu və dost münasibətdə olan Gürcüstanın Təhsil Nazirliyi də belə bir addım atmamalıdır ki, guya keçmişdə Zaqatala və Balakən Gürcüstanın ərazisi olub. Bu, yolverilməzdir, biz bunu pisləyirik və təklif edirif ki, belə söhbətlər getməsin".



Azərbaycandakı məktəblərin rus bölmələrində təhsil alan şagirdlərə bütün dərsliklərin pulsuz verilmədiyini etiraf edən nazir bu problemin ən tezi növbəti tədris ilində həllini tapacağını deyir. Onun sözlərinə görə, bu iş bir qədər vaxt tələb edir, çünki dərsliklər əvvəlcə Azərbaycan dilində hazırlanır və daha sonra rus dilinə tərcümə olunur. Azərbaycan məktəblərinə isə dərsliklər bu ildən pulsuz verilir.
XS
SM
MD
LG