Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:22

«Polis vətəndaşların hansı rəngdə və nə geyinməsinə qarışa bilməz»


Səs: Real audio
Bunu daxili işlər naziri Ramil Usubov narıncı paltarların və parçaların satılmasına qadağa qoyulması ilə bağlı sualları cavablandırarkən deyib Onun sözlərinə görə, belə müdaxilə o zaman ola bilər ki, narıncı geymiş vətəndaş qanunu pozsun.



Ramil Usubov həmçinin bildirib ki, vətəndaşların hərəkətinə mane olan və ya ictimai narahatlığa səbəb olan yerdə nəinki narıncı, heç ağ çadır da qurulmasına heç vaxt imkan verilməyəcək. Cənab Usubovun sözlərinə görə, söhbət rəngdən yox, qanunsuz əməldən gedir.



Seçkilərədək isə bütün vətəndaşların şəxsiyyət vəsiqəsi olacaq. Bunu da Ramil Usubov deyir. Onun bildirdiyinə görə, artıq ölkə əhalisinin 88 faizi şəxsiyyət vəsiqəsi ilə təmin olunub.



Ramil Usubov bir daha bəyan edib ki, hazırda Amerikada yaşayan Demokrat partiyasının sədri və deputatlığa namizəd Rəsul Quliyev Azərbaycana qayıdacağı halda həbs olunacaq: "Rəsul Quliyev günahsızdırsa, qoy Azərbaycana gəlib bunu sübuta yetirsin".



Eks-spiker Rəsul Quliyev külli miqdarda dövlət əmlakını mənimsəməkdə və dövlətə ziyan vurmaqda ittiham olunur. Buna görə də baş prokuror onun deputatlığa namizəd kimi toxunlmazlığını ləğv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG