Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

ABŞ donanmanın inkişafında Azərbaycana kömək edəcək


Səs: Real audio
Rino Harniş «Frans Press»ə müsahibəsində «bu region barədə qabaqcadan proqnoz vermək çətin işdir» deyib «Birləşmiş Ştatlar Azərbaycan və Qazaxıstanın dəniz qüvvələrini gücləndirməsini istəyir».



Bunu ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş «Frans Press» Agentliyinə müsahibəsində deyib.



Onun sözlərinə görə, rəsmi Vaşinqton indiyəcən Azərbaycanın dəniz sərhəd postunun müasir radar sistemi ilə təminatına 30 milyon dollar sərf edib və bu ölkənin donanmasının inkişafı üçün də eyni işləri görmək fikrindədir: «ABŞ «Xəzər Mühafizə Təşəbbüsü» proqramı çərçivəsində Azərbaycana 135 milyon dollar ayırmağı planlaşdırır. Layihə Azərbaycan və Qazaxıstanın dəniz qüvvələrinin gücləndirilməsini nəzərdə tutur».



Vaşinqtonun nəyə görə bu iki keçmiş sovet respublikasının dəniz qüvvələrinin təkmilləşdirilməsində maraqlı olmasına dair suala cavabında cənab Harniş deyib ki, bu region barədə qabaqcadan proqnoz vermək çətin işdir.



Səfir onu da bildirib ki, Birləşmiş Ştatların quraşdırdığı radar stansiyaları artıq Azərbaycanın ərazi sularında işə başlayıb: «Onlar xüsusilə kütləvi qırğın silahları, narkotiklər və şübhəli yaraqlıları daşıyan gəmiləri axtarırlar».



O, «Xəzər Mühafizə Təşəbbüsü» proqramının heç bir ölkəyə qarşı yönəlmədiyini də vurğulayıb.



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Ramiz Məlikov «Azadlıq» radiosuna deyib ki, səfirin söylədikləri bərədə hər hansı məlumata malik deyil.
XS
SM
MD
LG