Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

Ramil Usubov müxalifətin silahlandığını bildirir<p align=`left`><br><br>


Səs: Real audio
«Tikinti gedən yerlərdə ağaclar, daşlar toplayırlar ki, qanunsuz mitinqlər zamanı polisə qarşı istifadə etsinlər» Daxili işlər naziri Ramil Usubov müxalifətin iğtişaşlara hazırlıq gördüyünü deyir. O, bu barədə sentyabrın 22-də keçirdiyi mətbuat konfransında məlumat verdi. Nazirin sözlərinə görə, müxalifət seçkiyə hazırlığı heç də seçicilərlə görüşlərə sərf etmir, «bunun əvəzinə silahlanır»: «Bunlar məxfi surətdə öz çevik qüvvələrini yaratmaq, onları müxtəlif alətlərlə silahlandırmaq istəyirlər. Tikinti gedən yerlərdə ağaclar, daşlar toplayırlar ki, qanunsuz mitinqlər zamanı polisə qarşı istifadə etsinlər».



AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyir ki, daş-kəsəkdən müxalifətə qarşı istifadə etmək polisə xas xüsusiyyətdir: «Yadımdadır, 1993-cü ildə AXCP-nin qərargahına hücum edəndə, polis daş və agacla silahlanmışdı».



Cənab Əlibəyli deyir ki, polis özü indidən mitinqlərə, seçki saxtakarlığına etiraz edən xalqa qarşı zor tətbiq etməyə hazırlaşır və oxşar bəyanatlar verməklə bunun üçün zəmin yaradır.



Ramil Usubov mətbuat konfransında həmçinin bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyevin «Realnı Azerbaydjan» qəzetinə verdiyi müsahibədə onu cinayətkarları himayə etməkdə ittiham etməsinin məntiqi olmadığını deyir.



Nazir bu fikri söyləyənləri sübut göstərməyə çağırır.



Cənab Usubov hesab edir ki, BŞBPİ rəisinin belə sübutları ortaya qoymaq üçün kifayət qədər imkanları var.



O, «Yeni Fikir» Gənclər Təşkilatının ofisindən tapılmış qumbaralarla bağlı araşdırma getdiyini də dedi: «Əsas versiya odur ki, qərargaha qumbaranı təşkilat üzvləri özləri qoyublar».



Nazir onu da bildirir ki, son səkkiz ayda ölkədə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrüylə müqayisədə 10 faizdən çox azalıb.
XS
SM
MD
LG