Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:18

Qubaya güclü leysan və dolu yağıb


Səs: Real audio
Bir sıra evləri və iaşə obyektini su basıb Sentyabrın 21-də axşam saat 19 radələrində Quba rayonuna güclü leysan və dolu yağıb. Nəticədə bir sıra evləri və iaşə obyektini su basıb.



Quba Rayon Yanğın Təhlükəsizliyi Xidmətinin əməkdaşları hadisə yerinə gələrək zərərçəkənlərə kömək göstəriblər.



Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, icra nümayəndəsi Əlimərdan Orucov şəhərin 31-ci məhəlləsində olub və zərərçəkənlərlə görüşüb.



Bir gün əvvəl isə Qusarın bəzi kəndlərinə güclü dolu yağmışdı. Nəticədə bəzi evlərə və təsərrüfat obyektlərinə ciddi ziyan dəymişdi.



Hər iki rayonda dəymiş ziyan aradan qaldırılır.
XS
SM
MD
LG