Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:06
Rubrikalar

Ölkə kuboku uğrunda 26 komanda mübarizə aparacaq


Səs: Real audio
Bunlar Ruhid Cabbarov, Tərlan Rəşidov və Vidadi Rzayevdir - Sentyabrın 26-da Macarıstanda sərbəst və yunan-Roma güləşi üzrə növbəti dünya çempionatı keçiriləcək. Güləş Federasiyasından verilən məlumata görə, turnirdə iştirak edəcək Azərbaycan yığması təlim-məşqləri başa satdırıb. Federasiyanın baş katibi Mətləb Abdullayev:



«Komanda dünya çempionatına tam hazırdır. Sərbəst güləşçilərdən 6, yunan-Roma güləşində isə 4 idmançı çıxış edəcək».



Komanda sentyabrın 24-də Budapeştə yola düşəcək.



- Bakıdakı Cıdır meydanında isə atçılıq üzrə ölkə birinciliyi sona çatıb. Samir Məmmədov dörd və beş yaşlı atlar arasında «Voltram» ləqəbli atla 110-125 sm hündürlükdə maneələri dəf etməklə turnirin qalibi olub.



- Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışacaq komandalar arasında püşkatma keçirilib. Püşkatmada məlum olub ki, sentyabrın 24-də startı veriləcək ölkə kuboku uğrunda 26 komanda mübarizə aparacaq.
XS
SM
MD
LG