Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:57

Səsi pulla almaq olarmı?


Səs: Real audio
Tahir Tağızadə: "Məsələ qapanıb" "Mənim pulum yoxdur ki, seçicilərə pul paylayım"



Ayrı-ayrı iddialara görə, indi seçicilərin rəğbətini qazanmağın bir xeyli üsulları meydana çıxıb. Ən çox da belə fikirlər səslənir ki, hakimiyyətə yaxınlığı ilə seçilən bəzi imkanlı namizədlər öz dairələrində küçələri, şadlıq evlərini, yaşayış binalarını təmir etdirirlər. Dəfin mərasimləri üçün nəzərdə tutulan tikililər inşa etdirirlər. Bundan başqa, yeni dərs ili başladığından seçicilərə çantalar, başqa dərs ləvazımatları, pal-paltar paylayırlar. Namizədliklərini verdikləri ərazilərdə hətta münasibətləri olmayan adamların xeyir-şər məclislərində iştirak edirlər. Eyni zamanda seçicilərə pul paylamaqla da onların rəğbətini qazanmağa çalışırlar.



Seçicilərə pul paylanması ilə bağlı iddiaları həm «Azadlıq», həm də "Yeni Siyasət" Blokunun seçki qərərgahlarından eşitmək mümkündür.



"Yeni Siyasət" Blokunun Seçki Qərərgahının əməkdaşı Rəşad Bayramov deyir ki, 29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürən Natiq Allahverdiyevin yaxınları həmin ərazinin seçicilərinə 50 min mantdan pul paylayıb. Rəşad Bayramov bildirir ki, Natiq Allahverdiyev Yeni Azərbaycan partiyasının üzvü olsa da, həmin partiyanın siyahısına düşməyib. İndi seçicilərə pul və paltar paylatmaqla onların rəğbətini qazanmağa çalışır.



Natiq Allahverdiyev isə ona qarşı səslənən iddiaları təkzib edir. Onun sözlərinə görə, kimlərsə təşviqat işlərini aparan insanlara maddi yardımlar göstərə bilər. Ancaq bu onun adına yazılmamalıdır:



"Mənim pulum yoxdur ki, seçicilərə pul paylayım. Mənim əqidəm var, elmim var. Məqsədim də xalqa xidmət etməkdir".



Seçicilərin rəğbətinin pula qazanılmasına qanun imkan vermir.



Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev deyir ki, Seçki Məcəlləsi namizədlərə seçki prosesində xeyriyyəçiliklə məşğul olmağı qadağan edir. Onun sözlərinə görə, əks halda, bu, namizədlərə mübarizə aparmaq üçün qeyri-bərabər imkan yaradardı.



İntiqam Əliyev deyir ki, belə məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyasına [MSK] çoxsaylı şikayət edilsə də, ciddi bir ölçü götürülümür. Bu da həmin qurumun azad və ədalətli seçkilərdə maraqlı olmadığının göstəricisidir. Halbuki, qanunla MSK ona edilən hər bir şikayəti ətraflı araşdırmalı, əgər həmin şikayətlərdə cinayət tərkibi varsa, o, prokurorluq orqanlarına təqdim edilməlidir.



MSK isə təşviqat mərhələsində yalnız iki şikayət ərizəsini prokurorluq orqanlarına təqdim edib. Bu qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, həmin şikayət ərizələrinin birində Zəngilan rayon icra başçısının seçki prosesinə müdaxilə etməsindən, ikincisində isə Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimliyə böhtan kampaniyası aparılmasından bəhs edilir.



Azər Sarıyevin sözlərinə görə, Seçki Məcəlləsinə edilən son əlavədən sonra MSK-ya daxil olan şikayətlər araşdırılmaqdan ötrü dairələrə qaytarılır. Yalnız əgər dairələrdə həmin şikayətlərlə bağlı ciddi pozuntular üzə çıxarsa, MSK araşdırmalara başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG