Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:31
Rubrikalar

Hökumət 2006-cı ilin büdcəsini müzakirə edir


Səs: Real audio
"Birləşmiş Ştatlar "PA Consulting Group" şirkətini seçməklə ən doğru seçim edib" - Sentyabrın 21-də Azərbaycan və Qazaxıstan ekspertləri Astana şəhərində Qazaxıstan neftinin Bakı-Ceyhan kəməriylə nəqli haqqında saziş layihəsinin müzakirəsinə başlayıblar. Danışıqlarda saziş layihəsi üzrə işlərin başa çatdırılması nəzərdə tutulur. Sənəd Qazaxıstan neftinin Aktau limanından Bakıya, oradan isə Bakı-Ceyhan kəməriylə dünya bazarlarına nəql edilməsini nəzərdə tutur.



- Sentyabrın 21-də Azərbaycan hökuməti 2006-cı ilin büdcə layihəsinin müzakirəsinə başlayıb. Gələn ilin büdcəsinin təklif olunan həcmi 3 milyard dollardan artıqdır və layihədə bu ilə nisbətən hərbi xərclərin 2 dəfə artırılması nəzərdə tutulub. Hökumət bəyənərsə, büdcə layihəsi Prezident Aparatına təqdim olunacaq.



- Rusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunun şimal hissəsində yerləşən D-222 blokunda kəşfiyyat işlərini davam etdirməyi qərara alıb.



Əvvəllər şirkət Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanan müqavilədə nəzərdə tutulan ikinci quyunu qazmaqdan imtina etmək niyyətində idi. Buna səbəb birinci quyuda heç bir karbohidrogen ehtiyatlarının aşkar edilməməsi idi.



- Sentyabrın 21-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 583, 1 avro 5 577, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG