Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:22

ABŞ səfiri "PA Consulting Group"un tərəfdaşlarına inanır


Səs: Real audio
"Birləşmiş Ştatlar "PA Consulting Group" şirkətini seçməklə ən doğru seçim edib" «Mən hesab edirəm ki, Birləşmiş Ştatlar Azərbaycandakı parlament seçkiləri zamanı "ekzit pol" [kimə səs verdiklərini öyrənmək üçün məntəqələrdən çıxışda seçicilər arasında aparılan sorğu] keçirmək üçün "PA Consulting Group" şirkətini seçməklə ən doğru seçim edib».



Amerikanın Azərbaycandakı səfiri Rino Harniş belə deyir. Onun sözlərinə görə, bu təşkilatın keçirəcəyi sorğu başqaları ilə müqayisədə daha mötəbər və etibarlı olacaq.



Səfir həmçinin "PA Consulting Group" şirkətinin Azərbaycan və Gürcüstandakı tərəfdaşları – «Sorğu» Mərkəzi və QORBI təşkilatı haqda deyilənləri qəbul etmədiyini bildirib. Səfirin qənaətincə, «Sorğu» Mərkəzi başqa bir qurumla qarışıq salınıb.



«QORBI təşkilatı on il ərzində həm Gürcüstanda, həm də dünyada gördüyü işlərlə tanınaraq etimad qazanıb. O ki qaldı «Sorğu» təşkilatına, elə biliriəm ki, onun ünvanına ittihamlar səsləndirmiş bəzi adamlar məsələni düzgün başa düşməyiblər. Çünki «Sorğu» da QORBI təşkilatı kimi bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BBC üçün çox yaxşı araşdırmalar aparıb. Təşkilat öz nəticələri ilə fəxr edə bilər. Və ola bilsin ki, «Sorğu» təşkilatı haqda ittihamlar səsləndirən adamlar onu başqası – «Proqnoz» təşkilatı ilə səhv salıblar. «Proqnoz» təşkilatı haqda isə mən danışa bilmərəm, çünki bu haqda hər hansı məlumatım yoxdur».



Səfir Rino Harniş eyni zamanda seçkilərlə bağlı fikirlərini də bölüşüb. O, Azərbaycan hökumətini və xalqını seçkinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə kömək etməyə çağırıb.



«Siz 1995-ci ildən dünyanın bir çox ölkələrində seçkiləri müşahidə etmiş senator Luqarın, keçmiş dövlət katibi Madlen Olbraytın və eləcə də Avropa Şurasının baş katibi Terri Devisin fikirlərini eşitdiniz. Onlar bildirirlər ki, Azərbaycandakı şərait beynəlxalq standartlara cavab verəcək seçki keçirməyi mümkün edir. Amma heç şübhəsiz, ölkə rəhbərliyinin də 11 may sərəncamında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə iradəsi olmalıdır. Eləcə də namizədlər və adi seçicilər öz hüquqlarından istifadə etməli və seçkilərdə fəal olmalıdırlar. Başqa sözlə, ABŞ həm Azərbaycan hökumətini, həm Azərbaycan xalqını noyabr seçkiləri ərəfəsində var-gücü ilə fəal olmağa və seçkiləri beynəlxalq standartlara uyğun keçirməyə kömək etməyə çağırır».

Günün bütün mövzuları

XS
SM
MD
LG