Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:09

"Bakı və Yerevan Qarabağ probleminin BMT–də müzakirəsinə razıdır"<p align=`left`><br><br>


Səs: Real audio
ABŞ–ın Azərbaycandakı səfiri Rino Harniş belə deyir Səfirin sözlərinə görə, buna sülh danışıqlarının məhsuldar keçməsi şərait yaradıb:



"Sülh prosesi hər iki xalqın fundamental maraqlarına daxildir. Bundan əlavə, Kazan şəhərində keçirilən görüş də daxil olmaqla danışıqlar prosesi çox səmərəli və məhsuldar keçir. Elə bilirəm ki, iki ölkə indi problemin BMT-yə çıxarılması məsələsində ümumi bir anlaşmaya gəliblər. Odur ki, bu məsələ sülh prosesinin daha da irəli getməsi üçün maneə olmamalıdır".



Rino Harniş ABŞ Konqresi Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr üzrə Komitəsində erməni genosidi ilə bağlı iki qətnamənin qəbul edilməsi məsələsinə də toxundu. O, ABŞ Konqresinin bu barədə heç bir rəsmi sənəd qəbul etmədiyini bildirdi. Səfirin sözlərinə görə, Birləşmiş Ştatlar administrasiyası bu məsələnin ciddi təhqiq olunmasının vacibliyinə əmindir:



"Əvvəla mən bildirmək istəyirəm ki ABŞ Konqresi bu məsələ ilə bağlı heç bir rəsmi sənəd qəbul etməyib. Bu sənəd hələ ki, komitələr səviyyəsində müzakirə olunur. ABŞ administrasiyası isə inanır ki, tarixin bu qanlı mərhələsi barədə müfəssəl təhqiqat aparılmalıdır".

Günün bütün mövzuları

XS
SM
MD
LG