Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:22

Metro qəzasında günahlandırılanlar şərti cəzayla azadlığa buraxıldılar


Səs: Real audio
Zərərçəkənlər apellyasiya şikayəti verəcəklərini deyirlər Sentyabrın 21-də Səbail rayon Məhkəməsi iyunun 8-də metronun "Bakı Soveti" stansiyasında baş vermiş qəzada ittiham olunan 3 nəfər haqqında hökm çıxardı.



Metropoliten əməkdaşları – Namiq Dadaşov, Elxan Əliyev və Rinat Alyamdinov təhlükəsizlik qaydalarına əməl etməməkdə ittiham olunurdu. Onlar 3 il şərti cəzayla azadlığa buraxıldılar.



Müttəhimlərin vəkili Esmira Zeynalova bu cəza ilə razı deyil:



«Mən hesab edirəm ki, bu bədbəxt hadisədir. Hadisənin müdafiə etdiyim Elxan Əliyevin qurğunu vaxtında işə salmadığına görə baş verdiyi deyilir. Ancaq mütəxəssislər başqa səbəb göstərir».



Zərərçəkən tərəfin – sərnişinlərin müdafiəçiləri də hökmdən narazıdır. Onlar metropolitenin həm texniki əməkdaşlarının, həm də rəhbərliyinin günahkar olduğunu deyirlər. Vəkil Azər Tağıyev:



«Yüksək təhlükə mənbəyinin sahibi həm də Bakı Metropolitenidir. Onlar gərək günahkar yerində oturaydılar».



Məhkəmənin hökmündə zərərçəkənlərin mülki iddiaları qəbul olunmadı.



Zərərçəkmiş Qələmzər Hüseynova ona dəymiş maddi-mənəvi ziyanın ödənilməməsindən narazıdır:



«Tələb edirik ki, Bakı Metropoliteni maddi ziyanı ödəsin. Neçə aylardır xəstə yatmışam, müalicə olunmuşam. İndiyə qədər də sərbəst hərəkət edə bilmirəm».



Zərərçəkənlər apellyasiya şikayəti verəcəklərini deyirlər.



Metronun "Bakı Soveti" stansiyasının eskalatorunda qəza bu il iyunun 8-də baş vermişdi. Nəticədə 1 nəfər dünyasını dəyişmiş, 17 nəfər yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG