Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

"Mediada qərəzsizlik artıb"


Səs: Real audio
O, hadisəni siyasiləşdirməyin əleyhinədir Avqust ayında Azərbaycan KİV-lərində neytral informasiyaların sayı iyul ayı ilə müqayisədə artıb. Nəcəf Nəcəfov Fondunun apardığı monitorinqin nəticələrindən bu qənaətə gəlmək olar.



Bu Fond "Parlament seçkiləri KİV güzgüsündə: monitorinq və müzakirələr" layihəsi üzrə hər ay media orqanlarında seçkiylə bağlı gedən materialları təhlil edir. Məqsəd TV, radio, gündəlik qəzetlər və informasiya agentliklərində qarşıdan gələn parlament seçkilərinin balanslı işıqlandırılmasına və eyni zamanda demokratik seçkilərin keçirilməsinə kömək etməkdir.



Fondun təhlil qrupunun rəhbəri Sevinc Əliyeva KİV-lərdə neytrallığın artmasını onlar üzərində ictimai nəzarətin güclənməsiylə izah edir. Xanım Əliyeva həmçinin bu ay təhlilin dərinləşdirildiyini, həm ayrı-ayrı KİV-lər, həm də ayrı-ayrı sahələr üzrə aparıldığını deyir.



Onun sözlərinə görə, monitorinqin sonunda Nəcəf Nəcəfov Fondu KİV-lərə tövsiyələr də hazırlayacaq.



Layihə Avrasiya Fondunun Azərbaycan nümayəndələyinin maliyyə dəstəyi ilə həyata keçirilir.



Sentyabrın 19-dan isə Avropa Şurası seçkiqabağı Azərbaycan mətbuatının monitorinqinə başlayıb.



Nəcəf Nəcəfov Fondunun monitorinqi haqqında daha ətraflı:



Avqust ayı üzrə mətbuatın monitorinqi başa çatdı

Günün bütün mövzuları

XS
SM
MD
LG