Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:51
Rubrikalar

Azərbaycan Avropa çempionatının yarımfinalındadır


Səs: Real audio
O, hadisəni siyasiləşdirməyin əleyhinədir - Voleybol üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandası Xorvatiyada keçirilən Avropa çempionatının yarımfinalına çıxdı. Azərbaycan yığması Serbiya-Çernoqoriya yığmasına 3-1 hesabıyla qalib gələrək vəsiqəni təmin etdi. Azərbaycan komandası Avropa çempionatında ilk dəfədir çıxış edir.



- Sentyabrın 21-də Azərbaycanın futbol üzrə 19 yaşlı qızlardan ibarət yığma komandası Avropa çempionatında çıxış etmək üçün Ukraynaya yollanıb. Qitə çempionatının seçmə qrup oyunları hərəsində 4 komanda olmaqla 10 qrupda keçiriləcək. Turnirin startı sentyabrın 27-də veriləcək.



- Sentyabrın 23-dən 25-dək İstanbulda qılıncoynatma üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə Azərbaycan yığma komandası da çıxış edəcək. Komandanın baş məşqçisi Yaşar Məmmədov:



«Türkiyə turnirində 3 oğlan və 3 qız çıxış edəcək. Oğlanların yarışında Ruslan Əzizov, Rəhim və Ramin Əmirov, qızların yarışında isə Səbinə Əmrahzadə, Aida Ələsgərova və Sevil Bünyatova mübarizəyə qoşulacaq».



- Sankt-Peterburqda universal döyüş üzrə dünya çempionatı sona çatıb. Azərbaycan idmançılarından Sənan Dünyamalıyev və Sabit İbrahimov gümüş, Pərviz Əliyev isə bürünc medal qazanıb.
XS
SM
MD
LG