Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10

<i>«Xalq Cəbhəsi»:</i> «Gürcüstan azərbaycanlılarının hüquqları tanınmalıdır»


Səs: Real audio
Əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır «Yeni Azərbaycan» qəzetindəki «Corc Buş Gürcüstanı Türkiyəyə satıb?» başlıqlı məqaləsində Fəxri Kərimli yazır ki, bu günlərdə Gürcüstanda gürcü-türk biznes forumu keçirilib. Burda 90-dan artıq türk şirkəti iştirak edib. Qərara alınıb ki, 3 ildən sonra ölkələr arasında ticarət dövriyyəsi 6 milyard dollara çatdırılsın.



Bu tədbirdə məlum olub ki, türk şirkətləri Tbilisi və Batumi aeroportlarının tikintisinə 95 milyon dollar sərmayə qoyub. Müəllif yazır ki, buna baxmayaraq, türklərin daha çox diqqət göstərdiyi sahə acarlar yaşayan bölgədir. Çünki bura etnik baxımdan onlar üçün əlverişli bölgədir. Öz növbəsində, Cənubi Ossetiya Respublikasının rəhbərliyi iddia edir ki, Gürcüstan ABŞ prezidenti Corc Buş tərəfindən Türkiyəyə satılıb.



«Xalq Cəbhəsi» qəzetindəki «Gürcüstan azərbaycanlılarının hüquqları tanınmalıdır» başlıqlı məqaləsində Gültəkin Qəhrəmanlı yazır ki, Saakaşvili hakimiyyətinin yürütdüyü ayrıseçkilik siyasətinə Azərbaycanda göz yumulmamalıdır. Hazırkı Gürcüstan hərbərliyinin belə boşluqlara yol verməsi nəticə etibarilə Gürcüstanın öz başında çartlayacaq. Hər halda, indiyədək səslənməyən muxtariyyət tələbinin ortaya çıxması kifayət qədər ciddi siqnaldır.



Məqalədə bildirilir ki, buna görə də Saakaşvili hökuməti məsələyə ciddi diqqət yetirməlidir. Yoxsa proseslərin indiki istiqamətdə inkişafı ürəkaçan nəticə verməyəcək.



«Bakı Xəbər» qəzetindəki «Azərbaycandakı demkoratik inqilaba hansı ölkə yardım edəcək» başlıqlı məqaləsində Vüsal yazır ki, Azərbaycana üçüncü demokratiya dalğası gəlir. Ukrayna və digər Şərqi Avropa ölkələrindən Müsavat partiyasının dəvəti ilə Bakıya gələn şəxslər ətrafında baş verən qalmaqallar belə deməyə əsas verir.



Müəllif yazır ki, indi Azərbaycandakı demokratik hərəkata hansı ölkənin daha çox təsir edə biləcəyi maraqlıdır. Məqalədə bildirilir ki, artıq demokratiya yoluna qədəm qoymuş Gürcüstan və Ukraynanın yeni hakimiyyətləri bu prosesi yalnız öz ölkələri ilə məhdudlaşdırmaq niyyətində deyillər. Bu ölkələr bütün post-Sovet ölkələrinin demokratikləşməsində xüsusi maraqlıdırlar və bunu gizlətmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG