Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

Arxeoloji tapıntıların elektron məlumat bazası hazırlanır


Səs: Real audio
Əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır Məlumat bazası 1000 yazıdan, 15 sütundan ibarətdir



Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçiləri respublikada aparılmış hidroarxeoloji tədqiqatlar əsasında məlumat bazası yaratdıqlarını deyirlər. İki aydan sonra bu məlumat bazası İnternetdə də yerləşdiriləcək.



Hidroarxeoloji tədqiqatlara dair məlumatları özündə əks etdirən həmin baza bu sahə ilə məşğul olanların işlərini xeyli asanlaşdıracaq və yerli tədqiqatları dünya ictimaiyyətinə çatdıracaq. Məlumat bazası barədə daha ətraflı məlumatı onun yaradıcılarından biri olan Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Pərvin Ahənçidən eşidək.



- Bizim yaratdığımız məlumat bazası 1000 yazıdan, 15 sütundan ibarətdir. Bunlar hamısı dəqiq məlumatlardır. Biz bura tapılmış arxeoloji materialın adı, haradan və kim tərəfindən tapılması, onun ölçüləri, hansı tipdə olması barədə məlumatlar yerləşdirmişik. Elektron variantda bunları yerləşdirmək istifadə etmək, axtarış aparmaq, gələcək nəslə ötürmək baxımından çox rahatdır. Yaradılmış məlumat bazası unikaldır. Ona görə ki, bu, arxeologiya elmində ilk dəfə olaraq yaradılıb. Hal-hazırda məlumat bazasının statistik təhlilini aparırıq.



- Bu bazada hansı dövrün arxeoloji tapıntılarına dair məlumatlar yerləşdirilib?



- 1968-1987-ci illərə qədər sualtı ekspedisiya arxeoloji tədqiqatlar aparıb və bizim yaratdığımız məlumat bazası bu illərin hesabatlarını, materiallarını, tapıntılarını əhatə edir. Bu məlumat bazası açıqdır. Yəni, yaxın və ya uzaq gələcəkdə hidroarxeoloji tədqiqatlar aparılarsa, onların nəticələri mütləq bu bazaya əlavə ediləcək.



- Bəs təxminən nə vaxt bu baza İnternetdə yerləşdiriləcək və ondan istifadə üçün xüsusi parolun tətbiqi nəzərdə tutulubmu?



- Hal-hazırda biz V. A. Kvaçidze ilə birlikdə bu məlumatların təhlilini aparırıq. Təhlillər başa çatan kimi biz onun İnternet versiyasını Arxeologiya və Etnoqrafiya İnstitutunun saytında yerləşdirəcəyik. Sözsüz ki, parol olacaq. Bura ancaq girib səhifələmək, materiallara baxmaq mümkün olacaq. Biz orada təhlilləri də yerləşdirəcəyik. İki aya İnternetdə yerləşdirərik. Biz İnternet versiyası ilə yanaşı, bunların kataloqunu da yaratmaq istəyirik.



- Pərvin xanım, bu materiallar İnternetdə yerləşdirilənədək bu sahə ilə maraqlanan olarsa, sizə müraciət edə bilərmi?



- Heç bir problem yoxdur, maraqlananlar bizə müraciət edə bilərlər və biz kompüterdə həmin bazanı göstərə bilərik.

Günün bütün mövzuları

XS
SM
MD
LG