Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:42
Rubrikalar

Manat dollara nisbətən bir qədər ucuzlaşıb


Səs: Real audio
Əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır - Milli Məclis Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında sazişə qoşulmasını təsdiq edib.



Sazişə görə, Azərbaycan ərazisindən avtomobil yük daşımalarının təmin edilməsi üçün Rusiya sərhədinə qədər Bakı-Quba, eləcə də Bakı-Astara yolunun yenidən qurulması planlaşdırılıb. Bu, Avropadan İran Körfəzinə və Cənub-Şərqi Asiya ölkələrinə qədər uzanacaq yolun bir hissəsi olacaq.



- Xəzər dənizindəki "Naxçıvan" yatağının işlənilməsi layihəsi üzrə Azərbaycan Dövlət Neft Şirkəti [ARDNŞ] və "EksonMobil" arasında danışıqlar davam edir.



"EksonMobil" bu yataqda birinci kəşfiyyat quyusunu qazıb gözlədiyi nəticəni almadığına görə ikinci quyunu qazmaqdan imtina edir. Əvvəlcədən imzalanmış müqaviləyə əsasən, "EksonMobil" ARDNŞ-ə kompensasiya ödəməlidir. ARDNŞ 30 milyon dollar kompensasiya istəyir.



- Son həftələrdə ilk dəfə olaraq manat dollar və avroya nisbətən bir qədər ucuzlaşıb. Sentyabrın 20-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 582, 1 avro 5 575, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG