Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00

Gənc musiqiçilər xərcsiz konsert verə biləcəklər


Səs: Real audio
Əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır Gənc musiqiçilərin öz istedadlarını tamaşaçılara da göstərmək imkanı var.



“Kapellhaus” Alman—Azərbaycan Mədəniyyət Birliyi gənc istedadlara konsertlər təşkil etməkdə kömək göstərir. Özü də təmənnasız.



Birliyin meneceri Zəhra Alıyevanın sözlərinə görə, Alman-Azərbaycan Mədəniyyət Birliyi hər həftənin 2-ci və 5-ci günləri öz istedadına güvənən gənclərin konsertini təşkil edir:



"Həftədə iki dəfə konsertlərimiz olur. Musiqiçilərdən heç bir pul ödəmək tələb olunmur. Onlar zalı pulsuz götürürlər".



Konsertlər Birliyin zalında keçirilir və tamaşaçılar üçün də pulsuzdur:



"Bizdə bilet, dəvətnamə yoxdur. Burada hamı üçün qapı açıqdır".



Növbəti belə konsert sentyabrın 27-də keçiriləcək. Konsertdə yerli istedadlarla yanaşı, Dərbənd şəhərindən gəlmiş gənc musiqiçilər də çıxış edəcəklər.
XS
SM
MD
LG