Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

Seçkiönü mərhələnin monitorinqi aparılıb


Səs: Real audio
Əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır «Vətəndaş Cəmiyyəti Uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzi seçkiönü mərhələnin monitorinqiylə bağlı ilkin hesabatını açıqlayıb. Hesabata görə, bu dövrdə əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır.



Qeyd olunur ki, bəzi yerlərdə hakimiyyət müxalifətdən olan namizədlərin qərargahlarının yaradılmasına və seçicilərlə görüşlər keçirməsinə əngəllər törədir. Bəzi dairələrdə isə namizədlər təşviqatlarını qanunazidd yollarla, seçiciləri və seçki məmurlarını şirnikləndirmək və ya təzyiq göstərməklə aparır.



Hesabatda yerli icra hakimiyyəti orqanlarının seçki komissiyalarının işinə müdaxiləsi və bəzi namizədlərin hakimiyyətin inzibati resurslarından istifadəsinə dair faktlar da yer alıb.
XS
SM
MD
LG