Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

Deputatlar dolların məzənnəsinin düşməsini təxribat hesab edirlər


Səs: Real audio
Əliməmməd Nuriyev: «Bu proses seçki ərəfəsində bir daha baş verə bilər. Bu, əlavə ajiotaj, olkədə xaos yaratmağa yönəlmiş addımdır. Kimdir bu gücün sahibi?!» Milli Məclisin (MM) sentyabrın 20–də keçirilən iclasında son günlər dolların məzənnəsi ilə bağlı baş verən hadisələr müzakirə edildi. Millət vəkili Mais Səfərli dedi ki, hakimiyyətin vəziyyəti normallaşdırmaq cəhdlərinə baxmayaraq bir neçə gün əvvəl dollarla bağlı yaranmış problem hələ də davam edir: «Valyuta Dəyişmə məntəqələrində (VDM) məhdudiyyətlərin qoyulması və bankomatlarda nağd pulun olmaması da bunu göstərir».



Cənab Səfərli deyir ki, Azərbaycanın valyuta bazarında böhran yarada biləcək iqtisadi amillər yoxdur. «Bu, ayrı-ayrı adamların işidir. Onlar məsuliyyətə cəlb edilməlidirlər» - deyə, o vurğulayır.



Deputat Əliməmməd Nuriyev isə baş verənlərin ölkənin iqtisadi suverenliyini təhlükə altına aldığını bildirdi. Onun fikrincə, kimlərsə hakimiyyətə gücünü göstərir: «Bu məsələnin araşdırılması üçün Milli Məclisdə istintaq komissiyası yaradılmalıdır. İstisna etmirəm ki, bu proses seçki ərəfəsində bir daha baş verə bilər. Bu, əlavə ajiotaj, olkədə xaos yaratmağa yönəlmiş addımdır. Kimdir bu gücün sahibi?!»



Millət vəkili Şayəddin Əliyev isə Milli Bank sədrinin parlamentin növbəti iclasında izahat verməsini istədi.



MM sədri Murtuz Ələsgərov da dolların məzənnəsinin kəskin şəkildə düşməsinin seçiqabağı təxribat olduğunu istisna etmir: «Ola bilsin ki, bəzi qüvvələr bunu seçkiqabağı təxribat kimi həyata keçirmək istəyiblər. Ancaq tezliklə onun qarşısı alındı, dolların qiyməti əvvəlki həddə qaytarıldı».



Sentyabrın 17-də gözlənilmədən dolların qiyməti 4500-dən 4000-4100 manata düşüb. Həmin gün və səhəri VDM-lər işləməyib. Baş nazir Artur Rəsizadənin rəhbərliyilə məsələ ilə bağlı müşavirə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG