Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:32
Rubrikalar

Növbəti rəqib Serbiya—Çernoqoriyadır


Səs: Real audio
«Hökumət seçki qabağı müstəqil və müxalifət mediasını nüfuzdan salmaq istəyir» - Sentyabrın 20-də Mərakeşdə kik-boksun WAKO versiyası üzrə dünya çempionatının startı verilib. Turnirdə Azərbaycan 8 idmançı ilə təmsil olunur.



- Sentyabrın 20-də İtaliyanın Sen-Visent şəhərində isə şahmat üzrə klublararası Avropa çempionatına start verilib. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın NAO klubunda çıxış edəcək.



- Başqa bir azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov isə dünya şahmatçılarının 6-cı beynəlxalq turnirində üçüncü yeri tutub.



- Azərbaycan boksçuları da beynəlxalq turnirə hazırlaşır. Sentyabrın 22-də Rusiyada startı veriləcək turnirdə 9 boksçu mübarizə aparacaq. Boks Federasiyasının baş katibi Tofiq Babanlı: ««A» kateqoriyalı bu turnir noyabrda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. İdmançılarımızın uğuruna inanırıq».



- Sentyabrın 21-də qadın vobeybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan yığması Serbiya-Çernoqoriya komandası ilə qarşılaşacaq. Buna qədər Azərbaycan voleyboçuları iki qələbə qazanıb, bir dəfə məğlub olub.
XS
SM
MD
LG