Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

«Ayna»: »Bank sahiblərini cəza gözləyir»


Səs: Real audio
Natiq Məmmədov: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur» «Yeni Azərbaycan» qəzetindəki «OPEK neftin ixracını bir milyon barrel artıra bilər» başlıqlı məqalədə Elbrus Cəfərli yazır ki, Vyanada OPEK-in 137-ci konfransı işinə başlayıb. Tədbirdə dünya neft bazarında baş verən dəyişikliklər, Meksika körfəzində yaranmış vəziyyətlə əlaqədar neftin ixrac kvotasının artırılması, gələn il üçün «qiymət zənbili»nin müəyyən edilməsi müzakirə olunur. Məqalədə bildirilir ki, konfransda Küveyt nümayəndəsi ABŞ-ın son dövrlər üzləşdiyi problemlərlə əlaqədar hasilatın artırılması təklifi ilə çıxış edib və bir çox neft ixrac edən ölkələr bu təşəbbüsü dəstəkləyib. Bildirilir ki, ABŞ-a 100 min barrel neft yardımının göstərilməsi qərara alınıb.



«Ayna» qəzetindəki «Bank sahiblərini cəza gözləyir» başlıqlı məqalədə Nailə İsmayılova yazır ki, dolların məzənnəsinin kəskin şəkildə düşməsi maaşların bir qədər gecikməsinə zəmin yaratsa da, hadisə seçki ərəfəsinə təsadüf etdiyindən hökumət nəyin bahasına olursa-olsun vəziyyətdən çıxmağa çalışacaq. O ki qaldı rəsmilərin əməkhaqlarının artırılması ilə bağlı verdiyi bəyanatlara, ekspertlər indiki halda bunu düzgün addım hesab etmirlər. Çünki artırılan məbləğ inflyasiyanın qurbanına çevriləcək.



«Bakı - Xəbər» qəzetindəki «Sorğu» təşkilatının rəhbəri Heydər Əliyevin çox yaxın adamı olub» başlıqlı məqalədə Namiq yazır ki, ABŞ-ın «exit-poll» keçirən şirkətləri və onun yerli tərəfdaşları ilə Azərbaycan hökumətinin yaxşı münasibətləri var. Bu isə müxalif qüvvələr tərəfindən narazılıqla qarşılanır. Məsələn, «Sorğu» şirkətinin rəhbəri Tatyana Sulinanın hakim ailəyə yaxın olduğu söylənilir. Deyilənlərə görə, xanım Sulina hələ sovet dövründə Xətai Rayon Xalq Deputatları Soveti İcrayə Komitəsində məsul vəzifə tutub və mərhum Heydər Əliyevin şəxsən himayə etdiyi insandır. Onun keçmiş prezidentlə birgə çəkdirdiyi şəkillər də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG