Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

Çayxanada oturub hökumət haqda tənqidi danışmaq olarmı?


Səs: Real audio
Natiq Məmmədov: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur» Bakı məhkəməsi "Yeni Fikir" Gənclər Təşkilatının sədr müavini Ramin Tağıyevi hakimiyyəti zorla ələ keçirməkdə günahlandıraraq 3 ay həbs cəzası kəsib.



Dövlət ittihamçısı onu Gəncə və Göyçayda çayxanalarda hakimiyyəti zorla ələ almaq barədə təbliğat aparmaqda günahlandırır.



Qonaqlar:



- Yeni Azərbaycan partiyasının məsul işçisi, hüquqşünas Sadiq Qurbanov;



- Çayxanada fəaliyyətinə görə istintaqa cəlb olunan Səid Nurinin vəkili Yavər Hüseyn;



- Daşkəsən rayonunda çayxanada söhbət vaxtı polis reydindən sonra təcridxanaya düşən Elnur Sadıqov. Başına gələn uzun çək-çevirdən sonra o, İsveçdən siyasi sığınacaq alıb.



- Hakimiyyəti necə dəvirmək olar? Bu barədə danışmaq cinayətdimi?



Sadiq Qurbanov: Hakimiyyəti devirmək mümkün deyil. Sadəcə, hakimiyyəti necə dəyişmək məsələsi ola bilər. Mənə elə gəlir ki, yalnız sivil yolla, seçkilər yoluyla. Bunun başqa, alternativ heç bir yolu yoxdur. O cümlədən, çayxanalarda heç vaxt hakimiyyəti devirmək mümkün deyil... Hər kəsin azad söz hüququ vardır. Hər kəs istədiyi sözü deyib müzakirə edə bilər. Amma hakimiyyəti qeyri-qanuni yolla devirməyə çağırmaq və bunun üçün çalışmaq tamam başqa məsələdir...



Yavər Hüseyn: Hakimiyyətin zorla ələ keçirilməsindən ibarət olan cinayət əməli üç mərhələdən keçə bilər: hazırlıq, əməli törətməyə cəhd və əməlin konkret icra olunması. İndi bizim istintaq orqanları çayxanada olan söhbətləri hazırlıq kimi qiymətləndirirlər. Əslində, bırda hazırlıqdan söhbət gedə bilməz. Ona görə ki, hazırlıq konkret əməldə ifadə olunur. Yəni, hakimiyyətin zorla ələ keçirilməsindən ibarət əməldə. Amma əgər çayxanada kimsə söhbət edirsə, bu, sadəcə, fikrin ifadə olunması ilə məhdudlaşır. Bu hazırlıq da demək deyil. Ona görə də bu kimi hərəkətlərə görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna bilməz.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG