Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:43

Amerikada pulsuz oxumaq şansı


Səs: Real audio
Natiq Məmmədov: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur» Amerikada təhsil almaq istəyən şagirdlərə "14-24"ün şad xəbəri var. 9, 10 və 11-ci sinif şagirdlərinin növbəti tədris ilində ABŞ məktəblərindən birində oxumaq şansı var. Bu imkanı “FLEX – Amerikada bir il pulsuz orta məktəb proqramı” yaradır. Özü də heç bir pul ödəmədən.



Proqramı Amerika Beynəlxalq Təhsil Şurası və ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət üzrə bürosu həyata keçirir.



Proqramın koordinatoru Nərgiz Hacıyevanın sözlərinə görə, imtahanda Azərbaycan vətəndaşı olan və ingilis dilini bilən şagirdlər iştirak edə bilərlər. İmtahan 3 mərhələdən ibarətdir:



"İmtahan 3 turdan ibarətdir. Birinci turda ingilis dilini bilmə səviyyəsi öyrənilir. Sonra TOEFL, 3-cü tur isə müsahibədir".



Nərgiz Hacıyeva 50 nəfər şagirdin Amerikada oxumaq şansının olduğunu deyir. Onların hər birinin orada qalma və tədris ləvazimatları ödəniləcək.



İmtahanın birinci mərhələsi sentyabrın 19-da Lənkəranda, 21-də İmişlidə, 29-da Gəncədə, oktyabrın 1-də Mingəçevirdə, 3-də Şəkidə və Naxçıvanda, nəhayət, oktyabrın 29 və 30-da Bakıda keçiriləcək. İmtahanda iştirak etmək istəyən şagirdlər doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi və bir ədəd 3x4 ölçüdə şəkili özləri ilə gətirməlidirlər. Sənədləri elə imtahan günü imtahanın keçiriləcəyi məktəbdə proqramın koordinatorlarına təqdim etmək lazımdır. Hər üç mərhələdən qalib çıxmış şagirdlərin adları isə mayda açıqlanacaq.
XS
SM
MD
LG