Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:09
Rubrikalar

Çörək 20 qəpik olacaq


Səs: Real audio
Natiq Məmmədov: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur» - Milli Bank denominasiyanın yaxınlaşmasıyla bağlı açıqlama yayıb.



Açıqlamada bank xatırladır ki, bu il oktyabrın 1-dən başlayaraq dekabrın 31-ə qədər ölkə ərazisində bütün malların və xidmətlərin qiymətləri paralel şəkildə köhnə və yeni qaydada göstərilməlidir.



Yanvarın 1-dən 1 yeni manatın 5000 köhnə manata bərabər olacağını yada salan bank bəzi misallar da gətirir. 1000 manatlıq çörək 20 qəpik, metro 5 qəpik, nəqliyyatda 500 manatlıq gediş haqqı 10 qəpik, 18 min manatlıq kərə yağı 3 manat 6 qəpik, 1800 manatlıq Aİ-93 benizinin 1 litri 36 qəpik olacaq.



Yeni qiymətlər hesablanarkən qəpiyin kəsr hissəsi yarananda tam qəpiyə qədər yuvarlaqlaşdırılmalıdır. Əgər qəpiyin kəsr hissəsi yarım qəpikdən az olarsa, məbləğ tam qəpiyə qədər azaldılmalı, yarım qəpikdən çox olarsa, tam qəpiyə qədər artırılmalıdır. Məsələn, əgər hər hansı malın qiyməti 53.4 qəpikdirsə, bu zaman qiymət 53 qəpik, yaxud əgər 53.6 qəpikdirsə 54 qəpik kimi göstərilməlidir.



Milli Bank xəbərdarlıq edib ki, oktyabrın 1-dən qiymətləri paralel şəkildə həm köhnə, həm də təzə manatla göstərməyən təsərrüfat subyektləri məsuliyyət daşıyacaqlar.



- Senyabrın 19-da İstanbulda Qars-Axalkalaki-Tbilisi dəmiryolunun inşası üzrə işçi qrupunun iclası başlanıb. İclasda layihənin texniki tərəfi, maliyyələşdirilməsi, layihəyə digər maraqlı tərəflərin cəlb edilməsi və başqa məsələlər müzakirə olunacaq. İclasda Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin sentyabrın 20-də İstanbulda keçiriləcək müşavirəsində müzakirə ediləcək məsələlərin və təkliflərin razılaşdırılması da nəzərdə tutulub.



- Sentyabrın 19-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 579, 1 avro 5 571, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG