Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:33

Dolların məzənnəsi sabitləşib<p align=`left`><br><br>


Səs: Real audio
Bir neçə Valyuta Dəyişmə Məntəqəsinin lisenziyası ləğv edilib Sentyabrın 19-da Valyuta Dəyişmə məntəqələrində (VDM) dolların məzənnəsi ötən bir neçə günlə müqayisədə sabitləşib. Artıq bir dolların alış kursu minimum 4500, bəzi məntəqələrdə isə 4510-4530 manatadır. Ötən həftə sonu isə Bakıda bir sıra VDM-lər işləməyib. Səbəb ABŞ dollarının məzənnəsinin 4500-dən 4000 manata düşməsi olub.



Milli Bankın Mətbuat Xidmətinin rəhbəri Kamran Nəzərli son iki gündə baş verənlərin səbəbini xüsusi ekspert qrupunun araşdırdığını deyir.



İqtisadçı Orxan Kərimov isə dolların kursunun manata nisbətdə aşağı düşməsini milli valyutanın çatışmazlığıyla izah edir. Ancaq onun fikrincə, hər şeydən əvvəl Milli Bankın pul-kredit siyasətindəki boşluqları aradan qaldırmaq, VDM-lər üzərində nəzarəti tam bərpa etmək lazımdır.



Dolların qiymətinin manata nisbətdə sürətlə aşağı düşməsi ilə əlaqədar sentyabrın 18-də Baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə müşavirə keçirilib. Milli Bankın apardığı monitorinqdən sonra isə bir neçə VDM-in lisenziyası ləğv edilib, ehtiyat fonddan dövriyyəyə əlavə manat kütləsi buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG