Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:02
Rubrikalar

Seçki saxtakarlığına dinlərin münasibəti


Səs: Real audio
60-dan çox bal toplamış 223 nəfər ikinci tura keçib Bu "Seçki Qatarı"nda:



- Seçki saxtakarlığına fərqli dinlərin münasibətini araşdıracaq;



- Qusardan gələn "Seçki boxçasına" göz atacaq;



- "Vətəndaşımız seçki saxtakarlarını necə cəzalandırardı" sualının cavabını öyrənəcək;



- Və seçkiönü debatların tarixini biləcəksiz.



"SEÇKİNİ SAXTALAŞDIRANLAR O DÜNYADA CAVAB VERMƏLİ OLACAQLAR"



Dinşünas-alim Nəriman Qasımoğlu deyir ki, "Quran" məntiqinə görə, seçkilərin saxtalaşdırılması da oğurluq sayılır və bunu edənlər Allah qarşısında günahkar bilinirlər.



Müsəlmanların müqəddəs kitabında deyilir ki, o dünyada belələri bəd əməllərinə görə cavab verməli olacaqlar. Axirətdə onları dəhşətli cəhənnəm əzabları, sonu olmayan ağrılar gözləyir.



"Oğruların və saxtakarların, həm də səs oğrularının ruhları həmişə qəmgin, narahat olacaq, onlar odda yandırılıcaqlar və bu əzab əbədi olacaq".



Qurana görə, tamahına hakim ola bilməyib başqasının haqqına təcavüz edənlərin, hüququnu tapdayanların cəzası ağır olacaq.



Qədim xristianlar günahkarı – saxtakarı, yalançını, oğrunu, xəyanətkarı el içində daş-qalaq edib öldürərmişlər.



Bakıdakı baptist icmasının rəhbəri İlya Tixonoviç deyir ki, «İncil»ə görə, seçkiləri saxtalaşdırmaq da eyni dərəcəli günah hesab olunur. Xristianlıq saxtakarlara daha ciddi cəza verir.



"Əgər etdiyin günahın əvəzini çıxa bilmirsənsə, səni Ölüm gözləyir. Bununçün ixtiyar sahiblərinə Tanrı qılınc da verib, bu qılınc ədaləti bərpa etmək üçündür".



«İncil»də deyilir ki, "bir dişə görə bir diş, bir gözə görə bir göz ödənilməlidir". Xristianlıq ayrı-seçkilik salmır, günah-günahdır. Allah bütün günahkarlar üçün eyni cəza müəyyən edib – Ölüm. Bu dünyada yaşayanlar gərək sabahı da, ölümü də fikirləşsinlər, onlar allah qarşısında cavab verməlidir.



Yəhudilikdə oğurluq sadəcə, kiminsə haqqını oğurlamaq deyil, həm də başqasının ruhuna təcavüzdür.



Yəhudilərin Bakıdakı icmasının rəhbəri, ravvin Meyr Bruk deyir ki, «Tövrat»a görə, günahkara fiziki mənada cəza verilmir, onunçün ən böyük əzab ölümündən sonra başlayır. Ölümdən sonra günahkarın ruhu asimana qalxır. Tanrının dərgahındakı peyğəmbərlərin məzəmmətli baxışları ona dikilir, günahkar mənəvi əzab çəkir, bu əzabın sonu yoxdur. Ravvin Bruk hesab edir ki, seçkiləri saxtalaşdıranların aqibəti də belə olacaq.



Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən, seçki saxtakarlığına görə seçki komissiyasının üzvlərini təqribən 120 dollardan 610 dollara qədər cərimə, ya da 2 ilə qədər islah əmək cəzası gözləyir.



Başqasının əvəzinə səs verənlərin və bir zərfə birdən artıq bülleten qoyanları da eyni məbləğdə cərimə gözləyir, amma belələri 1 il islah əmək işləri ilə məşğul olmaqla günahlarını yumuş hesab olunurlar.



NAMİZƏDLƏRİN ŞƏKİLLƏRİ HƏLƏLİK QUSARA GÜLÜMSƏMİR



Qusar şəhəri ətraf rayonlardan fərqli olaraq hələlik deputatlığa namizədlərin şəkilləri ilə bəzənməyib. 1-2 namizədi çıxmaq şərti ilə qalan namizədlər görünür, təbliğat kampaniyasına start verməyiblər.



Qusar seçki dairəsində namizədlərin sayı isə 14 nəfərdir. Əhalinin dediklərindən məlum oldu ki, hələlik əsas rəqabət Rauf Kişiyevlə Xəlil Günəşov arasında gedir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG