Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19

Rəsul Quliyevin dönüş günü müəyyənləşdi


Səs: Real audio
Eks-spiker, ADP sədri 15 oktyabrdan gec olmayaraq Azərbaycana gəlməlidir «ADP sədri, eks-spiker, «Azadlıq» seçki blokunun Xətai dördüncü seçki dairəsindən deputatlığa vahid namizədi Rəsul Quliyev 15 oktyabr 2005-ci il tarixdən gec olmayaraq Azərbaycana dönsün!».



ADP Ali Məclisi və Rəsul Quliyevin ölkəyə dönüşünü təmin edəcək Milli Komitənin sentyabrın 19-da keçirdiyi birgə iclasda qəbul edilmiş qərarda belə deyilir.



Qərarda bildirilir ki, cənab Quliyev ölkəyə dönüşünün dəqiq tarixini gələcəyi gündən ən azı beş gün əvvəl ictimaiyyətə elan etməlidir.



ADP Ali Məclisi və Milli Komitə dönüş günü ilə əlaqədar konkret plan hazırlamağı qarara alır.



Sənəddə iqtidardan eks-spiker haqda qəbul edilmiş bütün qeyri-qanuni qararların dərhal ləğv edilməsi və dönüş zamanı atacağı qanunsuz addımlardan çəkinmək tələb edilir. Əks təqdirdə ölkədə siyasi vəziyyətin tamamilə gərginləşəcəyi və buna görə məsuliyyətin hakimiyyətin üzərinə düşəcəyi bəyan edilir.



ADP sədri R.Quliyev küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir. 2000-ci ilin oktyabrın 10-da onun barəsində məhkəmə həbs qəti-mkan tədbiri seçib.



Bu il sentyabrın 8-də Səbayel rayon Məhkəməsi həmin qətnaməni qüvvədə saxlayıb.



R.Quliyevin deputatlığa namizədliyi 36 saylı Xətai dördüncü seçki dairəsindən qeydiyyata alınsa da, Baş Prokurorluq onun toxunulmazlıq hüququnu ləğv edib və Daxili İşlər Nazirliyinə 2000-ci ildə çıxarılımış həbs qərarını icra etməyi tapşırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG