Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Dollarla bağlı müşavirə keçirildi


Səs: Real audio
Milli Bank valyutadəyişmə məntəqələrinə xəbərdarlıq edib Sentyabrın 17–də Bakıda valyutadəyişmə məntəqələri işləməyib. Buna səbəb ABŞ dollarının məzənnəsinin 4500 manatdan 4000-ə düşməsidir.



Dolların qiymətinin manata nisbətdə belə sürətlə aşağı düşməsi ilə əlaqədar sentyabrın 18-də baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə müşavirə keçirilib.



Milli Bankın direktoru Şahmar Mövsümov müşavirədə vəziyyətin normallaşdırılması üçün müvafiq tapşırıqların verildiyini bildirir.



Cənab Mövsümovun sözlərinə görə, Milli Bank valyutadəyişmə məntəqələrinə xəbərdarlıq edib. Spekulyativ addım atan məntəqələrin cəzalandırılacağını bildirən Milli Bankın direktoru deyir ki, son iki gündə baş verənlər bankların işləməməsi və işbazların hərəkətlərinin nəticəsidir. O deyir ki, sentyabrın 19-dan vəziyyət normallaşacaq. Ona görə də heç kim əlindəki dollarları ucuz dəyişməyə tələsməsin. Əks təqdirdə ziyan çəkəcəklər.



Azərbaycanın keçmiş baş naziri, iqtisadçı Əli Məsimov isə deyir ki, vəziyyətin bu hal almasının səbəblərindən biri də nağd manatlarla bağlıdır. Onun sözlərinə görə, 2001-ci ildən başlayaraq hər il dövriyyəyə buraxılan əlavə manatın həcmi iki dəfə artır.



Hazırda Milli Bankın rəsmi məzənnəsinə görə, 1 dollar 4577 manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG