Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

"Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adı qaytarılmalıdır"<p align=`left`><br><br>


Səs: Real audio
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun sentyabrın 18–də keçirilən 120 illik yubiley tədbirində Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli belə dedi Ali təhsil müəssisələri, o cümlədən Bakı Musiqi Akademiyasından şəxs adlarının götürülməsi ilə bağlı prezident Heydər Əliyev bir neçə il bundan əvvəl fərman vermişdi.



Fərhad Bədəlbəyli deyir ki, ümumi fərmanların Üzeyir Hacıbəyova da şamil olunması düz deyil. Onu başqaları ilə qarışdırmaq olmaz. Bir də ki, Müslüm Maqomayevin adına dovlət filarmoniyası, Bülbülün adına musiqi məktəbi olduğu halda Üzeyir Hacıbəyovun adına heç nə olmaması məntiqsizlikdir.



Mədəniyyət naziri Polad Bülbüloğlu isə bu məsələnin Mədəniyyət Nazirliyinin səlahiyyətində olmadığını desə də, əlavə etdi ki, Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adının qaytarılması gündəlikdədir.



Mədəniyyət nazirinin sözlərinə görə, Üzeyir bəyin ad gününün Milli Musiqi Akademiyasının qarşısında keçirilməsi ənənəsini vaxtilə Maestro Niyazi qoyub. Üzeyir Hacıbəyovun ad gününün həm də Musiqi günü kimi qeyd olunması təşəbbüsü isə eks-prezident Heydər Əliyevə məxsusdur.



Tədbir Üzeyir bəyin ev muzeyinin açılışı ilə yekunlaşdı.
XS
SM
MD
LG