Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50
Rubrikalar

"Qonşu gözü tərəzidir"


Səs: Real audio
Poranın funksioneri Sergey Taran: "Biz Sergey Yevtuşenkonun heç bir səbəb göstərilmədən və tələbinə baxmayaraq deportasiya haqqında akt verilmədən ölkədən çıxarılmasına Azərbaycan hökumətinin aydınlıq gətirməsinə nail olacağıq" Yəqin, dünyada elə bir xalq tapılmaz ki, özünü qonaqpərvər saymasın. Amma gəlin görək, həmin ölkəyə qonaq gedənlər də mi belə düşünür? Əgər məşhur məsələ bir balaca verilişimizə uyğunlaşdırsaq, belə də demək olar: "Qonşu gözü tərəzidir".



Azərbaycanda Gürcüstanla get-gəli olanların sayı çoxdur. Ermənistana gedənləri isə məlum səbəblərə görə barmaqla saymaq olar. Bu insanlar geri qayıdandan sonra qonşu ölkədə gördükləri əsasında ətrafdakılarda rəy formalaşdırırlar.



Bakı küçələrində insanlardan soruşsan ki, Gürcüstan və yaxud Ermənistandakı vəziyyət haqqında nə bilirsiz, əksəriyyət qonşu ölkələr haqqında Azərbaycanla müqayisəli şəkildə danışacaq.



"Sözün düzü, bu yaxınlarda Gürcüstanda olmuşdum. Belə baxanda, orada vəziyyət bizimkindən qat-qat pisdir..."



Amma Azərbaycanda bir qrup insan da var ki, işləri ilə bağlı qonşu ölkələrdə tez-tez olurlar. Həmsöhbətim Samir Əliyev qeyri-hökumət təşkilatı olan İqtisadi İslahatlar Mərkəzinin əməkdaşıdır. O, Gürcüstana son səfərinin təəssüratlarını bölüşür:



"Mənim ilk təəssürat o oldu ki, elə bil, hər hansı bir Qərb ölkəsinə qədəm qoymuşam. Yəni, demokratik bir ölkə, azad insanlar, azad mühit, insanları incidən yoxdur".



Amma Samir Əliyev deyir ki, siyasi cəhətdən inkişaf etməsinə baxmayaraq, Gürcüstanda iqtisadi vəziyyət ürəkaçan deyil. Ölkənin təbii sərvətləri də azdır. Onun sözlərinə görə, Gürcüstanın iqtisadi cəhətdən tezliklə dirçələnəcəyini söyləmək olmaz. Bununla belə, Samir Əliyevin fikrincə, Gürcüstanda vəziyyət ümidsiz də deyil.



"Təbii ki, inqilab zamanı xalqda çox böyük eyforiya oldu ki, hər şey düzələcək. Ancaq get-gedə onlar başa düşürlər ki, bu problemlər həll olunsa da, istənilən səviyyədə deyil. Yəni, bunun üçün böyük zaman lazımdır".



Gürcüstanla müqayisədə Ermənistana səfər edənlərin sayı Azərbaycanda çox azdır. Onlardan biri "Gün-səhər" qəzetinin baş redaktoru Arif Əliyevdir. O deyir ki, Ermənistan barədə Azərbaycanda yayılan informasiyalarla bu ölkənin reallıqları arasında fərqlər müşahidə edib. Onun fikrincə, Ermənistanda demokratik islahatların Azərbaycana nisbətən sürətlə getməsi, söz azadlığının daha çox inkişaf etməsi haqqında təsəvvürlər yanlışdır.



Azərbaycanda olduğu kimi, Ermənistanda da ən çox gediş-gəliş Gürcüstanladır. Ermənilər Gürcüstana daha çox dincəlməyə gedirlər. Qonşu ölkəyə onları cəlb edən Qara dənizdir. Dəniz sahilində istirahət həvəsi o qədər güclüdür ki, deyilənə görə, yayda Gürcüstanda dincələn erməni turistlər az qala yerli əhalini üstələyir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG