Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27

Seçkilərdə «ekzit pol»un rolu


Səs: Real audio
Poranın funksioneri Sergey Taran: "Biz Sergey Yevtuşenkonun heç bir səbəb göstərilmədən və tələbinə baxmayaraq deportasiya haqqında akt verilmədən ölkədən çıxarılmasına Azərbaycan hökumətinin aydınlıq gətirməsinə nail olacağıq" «Panorama»nın bu şənbə qonaqları Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Səyyad Aran və "Yeni Siyasət" [YeS] blokunun təmsilçisi Eldar Namazovdur.



Ötən verilişlərdə olduğu kimi söhbətdə «Azərbaycan» qəzetinin əməkdaşı Samir Elmanoğlu və «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu da iştirak edir.



Bu dəfə «Panorama»da parlament seçkilərində keçirləcək «ekzit pol» [kimə səs verdiklərini öyrənmək üçün məntəqədən çıxışda seçicilər arasında aparılan sorğu] mövzusuna toxunuldu. YAP üzvü Səyyad Aran dedi ki, cəmiyyətdə «ekzit pol»un rolu həddən ziyadə şişirdilir. Hətta bir çoxları hesab edirlər ki, seçkinin taleyini «ekzit pol» həll edəcək: «Bu, qətiyyən belə deyil».



"YeS" blokunun təmsilçisi Eldar Namazov isə dedi ki, demokratik ölkələrdə «ekzit pol» seçkilərlə bağlı vətəndaşlara dərhal məlumatların çatdırılması işinə xidmət edir. Azərbaycan kimi qeyri – demokratik ölkələrdə isə bu, seçkidə saxtakarlıqların üzə çıxmasına xidmət edə bilər. Ancaq onun sözlərinə görə, bundan ötrü «ekzit pol»u keçirəcək təşkilatlar tərəfsiz olmalıdır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG