Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

Sergey Yevtuşenko Donetskə yola salınıb


Səs: Real audio
Poranın funksioneri Sergey Taran: "Biz Sergey Yevtuşenkonun heç bir səbəb göstərilmədən və tələbinə baxmayaraq deportasiya haqqında akt verilmədən ölkədən çıxarılmasına Azərbaycan hökumətinin aydınlıq gətirməsinə nail olacağıq" Ukrayna Xarici İşlər nazirinin müşaviri, Pora Partiyasının funksioneri Sergey Yevtuşenko sentyabrın 17-i gecə saat 4 radələrində təyyarə ilə Bakıdan Donetsk şəhərinə yola salınıb. Ukraynanın Beynəlxalq Demokratiya İnstitutunun direktoru və Poranın funksionerlərindən olan Sergey Taran deyir ki, Azərbaycanın hakimiyyət nümayəndələri cənab Yevtuşenkonu əvvəlcə Rusiyaya yola salacaqları ilə hədələyiblər.



O, əmin olduğunu bildirir ki, məsələ bununla yekunlaşmayacaq: «Biz Sergey Yevtuşenkonun heç bir səbəb göstərilmədən və tələbinə baxmayaraq deportasiya haqqında akt verilmədən ölkədən çıxarılmasına Azərbaycan hökumətinin aydınlıq gətirməsinə nail olacağıq».



Cənab Taranın sözlərinə görə, bu hadisədə hansısa məntiq axtarmaq mənasızdır. «Çünki burada məntiq ümumiyyətlə yoxdur. Əgər Azərbaycan hakimiyyəti demokratik liderlərə qarşı münasibətdə də belə məntiqsiz hərəkətlər edəcəksə, bu, təəssüf doğuracaq» - deyə, o vurğulayır.



Ukrayna Xarici İşlər nazirinin müşaviri, Pora Partiyasının funksioneri Sergey Yevtuşenko Müsavat Partiyası və Belarus Xalq Cəbhəsinin birgə təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün sentyabrın 15-də Bakıya gələrkən hava limanında saxlanılıb. Azərbaycanın Xarici İşlər Nazirliyindən cənab Yevtuşenkonun ölkəyə buraxılmamasının səbəbinin araşdırıldığı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG